Həcc ayı olan Zilhiccə daxil olmaq üzrədir. Bu ayda olan əməllər, onun necə qiymətli və bərəkət dolu bir ay olmasından xəbər verir. Bu fəzilətlər əsasən ayın ilk on günlüyündə namaz, oruc və dualarla əldə edilir. Necə ki, bu fəzilətli on günlük Qurani-Kərimdə “məlum günlər” adlandırılmışdır:
“…məlum günlərdə Allahın adını zikr etsinlər…” 1
Əli (əleyhissalam) Allahın (əzzə va cəllə) bu ayəsi haqqında buyurdu, “(Zilhəccə ayındakı) On günlük” 2
Bu əzəmətli on günlükdə məsumlardan bizə namaz, oruc və dua tövsiyyələri edilmişdir.
Bir hədisdə buyurulur:
Cəfər ibn Muhəmməd (a) buyurdu: “Atam Muhəmməd (Baqir) ibn Əli (ə) mənə buyurdu:
“Ey oğlum, Zilhiccənin 10 günlüyündə Məğrib və İşa arasında bu 2 rükətli namazı əsla tərk etmə; hər rükətində Fatihə, Qul huvəllahu əhəd və bu ayəni oxu
وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
«va va`ədnə Musa səlasiinə ləylətənva ətməmna bi`aşrin fətəmmə miiqaatu rabbihi ərbəiinə ləylətənva qalə Musa li əxihi Haaruunə uxlufnii fi qəvmi va əslih va la təttəbi` səbiiləl-mufsidiin» (Biz Musaya 30 gecə vəd etdik, sonra 10 gün də əlavə etdik, beləliklə Rəbbinin təyin etdiyi görüş müddəti 40 gecə oldu və Musa qardaşı Haruna dedi, “qövmüm içində xəlifəm ol, onları islah elə, fəsadçıların yolu ilə getmə) 3 . Əgər bunları etsən, həcc etmədən həccin savabına şərik olarsan.4
Hədisdən məlum olduğu kimi bu 10 gündə hər axşam (Məğrib və İşa namazları arasında) 2 rükət (hər rükətdə Fatihə, İxlas və yuxarıda qeyd edilən Əraf 142 ayəsini oxuyaraq adi qaydada sübh namazı kimi bir namaz) qılmaq həcc savabını əldə etməyə səbəb olur.
Həmçinin Əmirəl-Mumininin (əleyhissalam) on günlükdə hər gün bu duanı oxuması nəql olunur:
لاَ إِلَهَ إِلاَّ اَللَّهُ عَدَدَ اَللَّيَالِي وَ اَلدُّهُورِ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ عَدَدَ أَمْوَاجِ اَلْبُحُورِ
لاَ إِلَهَ إِلاَّ اَللَّهُ خَيْرٌ مِمّٰا يَجْمَعُونَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ عَدَدَ اَلشَّوْكِ وَ اَلشَّجَرِ
لاَ إِلَهَ إِلاَّ اَللَّهُ عَدَدَ اَلشَّعْرِ وَ اَلْوَبَرِ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ عَدَدَ اَلْحَجَر وَ اَلْمَدَر
ِ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ عَدَدَ لَمْحِ اَلْعُيُونِ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ فِي اَللَّيْلِ إِذٰا عَسْعَسَ وَ فِي اَلصُّبْحِ إِذٰا تَنَفَّسَ
لاَ إِلَهَ إِلاَّ اَللَّهُ عَدَدَ اَلرِّيَاحِ فِي اَلْبَرَارِي وَ اَلصُّخُورِ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ مِنْ هَذَا اَلْيَوْمِ إِلَى يَوْمِ يُنْفَخُ فِي اَلصُّورِ
La ilahə illəllahu adədəl-ləyli vad-duhur, la ilahə illəllahu adədə əmvacil buhur
La ilahə illəllahu xayrun mimmə (xayrummimmə) yəcməun, la ilahə illəllahu adədəş-şəvki vaş-şəcər
La ilahə illəllahu adədəş-şə`ri val-vəbər, la ilahə illəllahu adədəl-həcəri val mədər
La ilahə illəllahu adədə ləmhil-uyun, la ilahə illəllahu fil-ləyli iza əs`əsə va fis-subhi iza tənəffəsə
La ilahə illəllahu adədər-riyahi fil bərari vas-suxur, la ilahə illəllahu min hazal-yəvmi ila yəvmi yunfəxu fis-sur
Tərcüməsi
La ilahə illəllah – gecələrin və dövrlərin sayı qədər (zikr edirəm)
La ilahə illəllah – dənizlərin dalğalarının sayı qədər
La ilahə illəllah – bütün cəm olanlardan daha xeyirli (bu zikrə etiqad etmək)
La ilahə illəllah - bütün tikanların və ağacların sayı qədər
La ilahə illəllah – bütün saç tellərinin sayı qədər
La ilahə illəllah – daş və çınqılların sayı qədər
La ilahə illəllah – gözlərin ani baxışları qədər
La ilahə illəllah - Gecə düşdüyü və sübh açıldığı zaman (zikr edirəm)
La ilahə illəllah – Çöllərdə və qayalarda olan küləklərin sayı qədər
La ilahə illəllah – bu gündən sur üfürülən günədək
Duanın davamında Əmirəl-Muminindən (əleyhissalam) bu duanı on günlüyün hər günündə 10 dəfə oxuyan şəxs üçün cənnətdə bir çox məqamlar və nemətlər əta ediləcəyini buyurmuşdur. 5
On günlüyün ilk 9 gününü oruc tutmaq (10cu gün Qurban bayramı olduğu üçün o gün oruc tutmaq haramdır), Allahı təsbih (subhanAllah) və həmd etmək (əlhəmdulillah), “la ilahə illəllah” zikrini çox demək bu əyyamın müstəhəb əməlləridir. Bu on günlükdə Tərviyə günü, Ərəfə günü, Qurban bayramı kimi xüsuai günlər də vardır ki, onlar barədə öz mövzularında ətraflı bəhs edəcəyik.
¹ Həcc, 28
2 Şeyx Tusi – Təhzibul-Əhkam c.5, səh.487
3 Əraf, 142
4 Seyyid ibn Tavus - İqbal-ul Ə`mal c.1, səh.317
5 Şeyx Səduq - Savabul-Ə`mal c.1, səh.72