Əli əleyhissalamın Muhsin adında övladı var idi?

Bildiyimiz kimi, Rəsulullahın (sallallahu aleyhi və alih) vəfatından sonra Onun Əhli-Beytinə (əleyhimussalam) qarşı təzyiqlər edilmiş və hətta evlərinə bir neçə dəfə hücum edilmişdir. Bu hücumların nəticəsində Həzrəti Fatimənin (salamullahi aleyha) bətnində olan övladı da həlak olmuşdur. Bu məsələni ört-basdır etmək istəyənlər isə şübhə yaradırlar ki, guya onların bu adda övladı olmayıb. Şübhəyə cavab üçün şiə və əhli-xilaf  mənbələrinə müraciət edək:

 

Övladlarınıza dünyaya gəlmədən öncə ad qoyun. Əgər onun oğlan ya qız olacağını bilmirsinizsə, həm qız, həm də oğlana aid adlar seçin. Əgər onlar ad qoymadan öncə ölərlərsə, Qiyamət günü atalarına deyəcəklər: "Nəyə görə mənə ad qoymadın?" Həmçinin, Rəsulullah (sallallahu aleyhi və alih) belə, Muhsin (əleyhissalam) dünyaya gəlməmişdən qabaq ona ad qoymuşdu."

 

"Kafi", Şeyx Kuleyni, cild 6, səh. 14

 

Əhli-xilaf mənbələri:

 

(Bu mənbələrdə Həzrəti Muhsinin adında sin hərfi təşdidlə də gəlmişdir və Muhəssin olaraq da var ki, hərəkəsiz elə Muhsinlə eynidir)

 

Fatimə (salamullahi aleyha) Həsəni (əleyhissalam) dünyaya gətirdiyi zaman, Peyğəmbər (sallallahu aleyhi və alih) gəldi və dedi: “Oğlumu mənə göstərin, ona nə ad qoydunuz?” Əli (əleyhissalam) dedi: “Hərb”. Peyğəmbər (s.a.a) dedi: “Xeyr, onun adı Həsəndir”. Əli (ə) dedi: “Hüseyn dünyaya gələn zaman, Peyğəmbər (s.a.a) gəldi və dedi: “Mənə oğlumu göstərin, ona nə ad qoydunuz?” Əli (ə.s) dedi: “Hərb”. Peyğəmbər dedi: “Xeyr, onun adı Hüseyndir”. Əli (ə) dedi: “Sonra, 3-cü oğlum dünaya gələn zaman, Peyğəmbər (s) gəldi və dedi: “Mənə oğlumu göstərin, ona nə ad qoydunuz?” Əli (ə) dedi: “Hərb”. Peyğəmbər dedi: “Xeyr, onun adı Muhsindir”. Sonra dedi: “Həqiqətən, mən onların adlarını Şəbir, Şübeyr, və Muşəbir isimləri ilə adlandırdım”.

 

"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 180

"Musnəd", Əhməd ibni Hənbəl, cild 2, səh. 159

"Ədəbul-mufrəd", Buxari, səh. 245

 

(Bu mənbələri əhli-xilafa dəlil olaraq gətiririk, mətninin hamısını qəbul etmirik) 

 

"Onun (Fatimə salamullahi aleyha) Əli əleyhissalamdan bir oğlu da var idi ki, adı Muhsin idi, kiçikliyində vəfat etmişdi."

 

"Tarix", Təbəri, cild 5, səh. 153

 

"Oğlanlarından Həsən və Hüseyn (əleyhimassalam), bir oğlu da qeyd olunub ki, Muhsin deyirdilər, balaca olanda vəfat edib."

 

"Əl-Kamil fit-tarix", İbni Əsir, cild 3, səh. 397

 

"Fatimənin (salamullahi aleyha) beş övladı olmuşdur: Həsən, Hüseyn, Muhsin, Zeynəb, Umm Kulsum (əleyhimussalam). Amma Muhsin siqt olmuşdur (düşmüşdür).

 

"Əl-Havi lil-fətava", Cəlaləddin Suyuti, cild 2, səh. 30

 

"Övladları Həsən, Hüseyn, Muhsin...Muhsin siqt olub öldü"

 

"Səbil ər-rəşad", Salehi Şami, cild 1, səh. 51

 

Zəhəbinin ustadı Cuveyni Şafii nəql edir:

 

Rəsulullah (s.a.a) buyurdu: "Nə vaxt ki onu görürəm, ölümümdən sonra onun başına gələcəkləri düşünürəm. Sanki mən onun evinə zorla daxil olunduğunu görürəm, onun hörməti tapdalanıb, haqqı əlindən alınıb, mirasdan məhrum edilib, qabırğası sındırılıb və oğlu siqt olunub, o ya Muhəmmədah çağırır amma heç kəs cavab vermir... Beləliklə, o mənim Əhli-Beytimdən mənə ilk qovuşacaq şəxsdir. O, mənim yanıma qəzəbli, məzlum və öldürülmüş halda gələcək."

 

"Fəraid əs-simteyn", Cuveyni Şafei, cild 2, səh. 34

 

Əli (ə.s) övladları: “Həsən (ə.s), Hüseyn (ə.s), Möhsin (ə.s), Ümmü Gülsüm, Zeynəb (s.ə). Onların anası Peyğəmbər (s) qızı Fatimədir (s.ə)”. “Lakin, Möhsin ibni Əli balacalıqda həlak olmuşdur."

 

"Əl-Məaruf", Deynəvəri, cild 1, səh. 210

 

 

Digər bir şübhə olaraq da bətndə olan körpənin oğlan olması barədədir ki, bunu haradan bilirdilər. Bu şübhənin cavabı olaraq deyirik ki, elə Rəsulullah (sallallahu aleyhi və alih) əvvəlcədən adını qoymuş və cinsini bildirmişdir. Eyni zamanda öz mənbələrində də Əbu Bəkrin bətndə olan körpənin cinsi barədə "qeybi" xəbər verməsi vardır:

 

Aişə atasından nəql edir ki ona belə dedi: "Qızım, vallahi ölümümdən sonra sənin zəngin olmanı hamıdan daha çox istərdim. Fəqir olmana da çox qəmlənərəm. Sənə yığılacaq 20 vesk xurma bağışlamışdım. İndiyə qədər yığdıqların sənin olsun. Ancaq onlar bu gün varis malı olmuşdur. Sənin iki qardaşın və iki bacın vardır. Yerdə qalanı, Allahın Kitabına uyğun olaraq aranızda paylaşın." Mən dedim:"Ata, vallahi bu qədər və bu qədər də olsa onu buraxaram. Bacılarımın biri Əsma, o biri kimdir?" Əbu Bəkr:"Xaricənin qızının qarnındakı uşaqdır ki qız olacağını görürəm."

 

"Muvatta", Malik ibni Ənəs, cild 2, səh. 752

 

Sələfi alimi Nasiruddin Albani də bu hədisi səhih bilmişdir:

 

"İraə əl-ğəlil", Nasiruddin Albani, cild 6, səh. 61

 

Nəticə olaraq görürük ki, Əli əleyhissalamın Muhsin adında bir övladı olmuşdur və əhli-xilaf alimlərinin etirafına əsasən o ya siqt olmuş, ya da balacalıqda vəfat etmişdir ki, əslində bu ifadə ilə elə həmin hadisəni ört-basdır etməyə çalışırlar.