Hər vacib namazdan sonra oxu:
Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Onun bənzəri yoxdur. O, (hər şeyi) eşidən və görəndir. Bu ay (Ramazan) Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran və doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O ayında “Qədr” gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni rəhmətinlə cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!
Oxunuşu:
Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Rəhim, əntər rəbbul əzim, əlləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kərrəmtəh, və şərrəftəhu və fəzzəltəhu ələş şuhur, və huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, və huvə şəhru Rəməzan əlləzi ənzəltə fihil Qur`an, hudən lin nasi və bəyyinatin minəl huda vəl furqan, və cəəltə fihi ləylətəl qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fə ya zəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən nar, fimən təmunnu ələyh, və ədxilnil cənnətə birəhmətikə ya ərhəmər rahimin.
Ərəbcə:
يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَ هُوَ الشَّهْرُ الَّذِي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ وَ هُوَ شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ فَيَا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتِي مِنَ النَّارِ فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَ أَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ