Bəraət gecəsi

Şaban ayının 15-ci gecəsi şiələrdə olduğu kimi sünnilərdə də mübarək sayılır. Bəzi sünnilər onu "Bəraət gecəsi" adlandırır və o gecəni oyaq qalıb dua edirlər. Bu barədə onların mənbələrində də məlumatlar vardır:

Şafei məzhəbinin başçısı, Muhəmməd ibni İdris Şafei: "Dualar beş gecədə qəbul olar: cümə gecəsi, Fitr və Qurban bayramının gecələri, Rəcəb ayının 1-ci gecəsi və Şaban ayının yarısı."

"Rovzətut-talibin və umdətul-muttəqin", Nəvəvi, cild 2, səh. 75

Rəsulullah (s.a.a): "Allah Şaban ayının 15-ci gecəsi öz məxluqatını bağışlayar, ancaq müşriklərdən və çox kinli düşmənlərdən başqa."

"Sunən", İbni Macə, cild 1, səh. 445

"Səhih ət-tərğib və vət-tərhib", Nasiruddin Albani, cild 3, səh. 53

Rəsulullah (s.a.a): "Allah Şaban ayının 15-ci gecəsi öz məxluqatını bağışlayar, ancaq müşriklərdən və qatillərdən başqa."

"Səhih", İbni Hibban, hədis 5665 (Şueyb əl-Arnaut bu hədisi səhih bilir)

Rəsulullah (s.a.a): "Dörd gecədə Allah xeyri açar: Qurban, Fitr, Ərəfə və Şaban ayının ortası ki, bu gecədə ruzi və əcəllər nəsx olar, həcc yazılar."

"Durrul-mənsur", Suyuti, "Duxan" surəsi 1-4 ayələrinin təfsiri.

"Bu hədislərin məcmusu Şaban ayının 15-ci gecəsinin fəziləti sabit olmayıb deyənlər üçün höccətdir."

"Tuhfətul-əhvəzi bi şərh Camiət-Tirmizi", Əbdurrəhman əl-Mubarəkfuri, cild 3, səh. 367