Karantin hədislərdə

"Öz əlinizlə özünüzü təhlükəyə atmayın"

Bəqərə surəsi, 195-ci ayə.

Hələ 7-ci əsrdə bizim tabe olduğumuz din rəhbərləri, yoluxucu xəstəliklər olan yerlərdən uzaq durmağı və başqalarını da yoluxdurmamaq üçün artıq yoluxmuş yerdən kənara çıxmamağı əmr etmişlər. Müasir dövrümüzdə də alimlər qanunlara və tibbi tövsiyələrə ciddi əməl etməyi əmr etmişdir, çünki bilmədən də olsa kimisə yoluxdursaq və həmin şəxsin ölümünə səbəb olmuş olsaq, onun qanı bizim boynumuzdadır və diyəsini ödəmək vacibdir.

Əli ibni Cəfər qardaşı İmam Kazimdən (ə) vəba yayılmış yer haqqında soruşur: İcazə olar ki, şəxs həmin yerdən uzaqlaşsın? Buyurdu: O vaxt gedə bilər ki, onun namaz qıldığı məsciddə hələ vəba baş verməsin. Beləliklə, əgər namaz qıldığı məsciddə vəba olsa, gedə bilməz."

"Vəsailuş-şiə", cild 2, səh. 431

Muhəmməd ibni Muslim deyir: "İmam Baqir əleyhissalama dedim: Vəba (yoluxucu xəstəlik) bir yerə çatanda evdə oturaq və camaatdan uzaqlaşaq? İmam (ə) buyurdu: Sizə nə mane olur ki, vəba olan yerdən uzaqlaşasınız? Necə ki, bir kişi Rəsulullaha (s.a.a) xəbər verdi ki, qonşu evdə qardaşlarının hamısı ölüb və təkcə o qalıb. Rəsulullah (s.a.a) buyurdu: "O evdən uzaqlaş ki lənətlənib."

"Mustədrək əl-Vəsail", cild 2, səh. 96.

Əhli-sünnətdə də bu mövzuda hədislər gəlmişdir:

"Rəsulullah (s.a.a) buyurdu: "Bir yerdə vəba çıxdığını eşitsəniz oraya getməyin, olduğunuz yerdə vəba çıxsa oradan çıxmayın."

"Səhih", Buxari, Kitabut-Tibb, bab 30 və Kitabul-Ənbiya, bab 50.

"Səhih", Muslim, Kitabus-Səlam, bab 92, hədis 2218.

"Sünən", Tirmizi, Kitabul-Cənaiz, bab 66, hədis 1065.

Uca Allahdan istəyirik ki, İmam Məhdi əleyhissalamın zühuru ilə insanları bu və başqa bəlalardan xilas etsin, çünki ancaq Onun zühuru ilə bütün bəşəriyyət rahatlığa qovuşacaq.