- Cümə namazının qunutunda nə deyirsiniz?
Ravi deyir: "dedim ki, camaat nə deyirsə biz də onu"
İmam (əleyhissalam) buyurdu:
- Onların dediklərini deməyin! Belə deyin
«Allahummə əslih əbdəkə va xəlifətək, bima əsləhtə bihi ənbiyə`ək va rasulək, va huffəhu bi məlaikətik,
va əyyidhu bi ruuhil quddusi min indik, vaslukhu min bəyni yədəyhi va min xalfihi rəsəda, yəhfəzuunəhu min kulli suui,
vabdilhu min bə`di xəvfihi əmna, yə`budukə la yuşrikə bikə şəy`a, və la təc`əl li əhədin min xalqikə əla vəliyyikə sultana,
və`zən ləhu fi cihadi əduvvikə va ədduvih, vac`əlni min ənsarih, innəkə əla kulli şeyin qadir».
Duanın tərcüməsi
"İlahi elçilərini və Peyğəmbərini islah etdiyin şeyə xatir, bəndən və xəlifən olan şəxsi də islah et.
Onu mələklərinlə əhatə et və Öz yanından olan müqəddəs Ruhla onu dəstəklə.
Onu təqib edərək önündən və arxasından qoru. Və onu qorxudan rahatlığa çıxar.
O sənə ibadət edir, heç bir şeylə sənə şərik qoşmur.
Yaratdıqlarından heç birini onun üzərində qüdrətli qərar vermə.
Düşmənlərin və onun düşmənləri ilə cihad üçün ona izin ver və məni ona köməkçi qərar ver. Həqiqətən sən hər şeyə qadirsən."
Şeyx Tusi (rəhmətullahi əleyh),"Misbahul-Mutəhəccidin", c.1 səh. 366
*Cümə namazı qılmayanlar zöhr namazının qunutunda oxuya bilərlər.