Həzrəti Peyğəmbər (s.a.a ) buyurur:
“Hər kim Rəcəb ayında yüz dəfə desə: “ «أَسْتَغْفِرُ اللَّهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِیكَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ» (“Əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh”). Sonra onu sədəqə ilə xətm etsə, Allah ona rəhmət edər. Hər kim onu 400 dəfə desə, ona 100 şəhidin savabı yazılar”.
Rəsulullah (s.a.a) başqa yerdə buyurur: “Hər kim Rəcəb ayında 1000 dəfə لا إِلَهَ إِلا اللهُ" (“Lə iləhə illəllah”) desə, Allah Təala ona yüz min həsənə əta edər. Onun üçün behiştdə yüz şəhər tikər”.
Nəql edilir ki, hər kim Rəcəb ayının səhəri və axşamı 70 dəfə desə: “أَسْتَغْفِرُ اللهَ وَ أَتُوبُ إِلَیْهِ" (“Əstəğfirullahə və ətubu iləyh”) zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desə: اللَّهُمَّ اغْفِرْ لِى وَ تُبْ عَلَىَّ" (“Əlahumməğfirli və tub ələyyə”) əgər Rəcəb ayında ölərsə, Allah ondan razı olar. Rəcəb ayının bərəkətinə görə atəş ona toxunmaz”.
Əgər bu ay boyunca 1000 dəfə bu zikr deyilsə:
أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ " (“Əstəğfirullahə zəl-cələli vəl-ikram min cəmiiz-zunubi vəl-əsəm”) Rəhman Allah onu bağışlayar”.
Bu dua Rəcəb ayının bütün günlərində oxunur. Bu dua, İmam Zeynulabidindən(ə) nəql olunub ki, həzrət onu Hicri-İsmaildə bütün ay boyu oxuyardı:
Ya mən yəmliku həvaicəs sailin, və yə`ləmu zəmirəs sa-mitin, likulli məs`ələtin minkə səm`un hazirun və cəvabun ətid, Əllahummə və məvaidu-kəs sadiqətu və əyadikəl fazilətu və rəhmətukəl vasiəh, fəəs`əlukə ən tusəlliyə əla Mu-həmmədin və ali Muhəmməd, və ən təqziə həvaici lid dunya vəl axirəh, innəkə əla kulli şəy`in qədir.
Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən, hər bir istəyi həmin anda eşidən və cavab verənsən! İlahi, Sənin vədlərinin hamısı doğru, nemətlərin çox və rəhmətin genişdir! İlahi, Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki, Sən hər şeyə qadirsən!
Bu duanı İmam Sadiq(ə) Rəcəb ayında hər gün oxuyardı:
Xabəl vafidunə əla ğəyrik, və xəsirəl mutəərrizunə illa lək, və zaəl mulimmunə illa bik, və əcdəbəl muntəciunə illa mənintəcəə fəzlək, babukə məf-tuhun lirrağibin, və xəyrukə məbzulun littalibin, və fəzlukə mubahun lis sailin, və nəylukə mutahun lil amilin, və rizqukə məbsutun limən əsak, və hilmukə mu`tərrizun limən navak, adətukəl ihsanu ilal musiyyin, və səbilukəl ibqau ələl mu`tədin, Əllahummə fəhdini hudəl muhtədin, vər-zuqni ictihadəl muctəhidin, və la təc`əlni minəl ğafilinəl mub`ədin, vəğfir li yəvməd din.
Səndən başqasına daxil olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqasından istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah (azad), hədiyyən arzu edənlərə hazır, ruzin hətta Sənə asi olanlara firavan, səbrin hətta Səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun dikbaşlılarla mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət, mənə (itaətinə) çalışanların çalışqanlığını ruzi et, məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla!
Seyyid ibni Tavus nəql edir ki, Peyğəmbər (s) bu ayda “İxlas” surəsini oxumağı çox fəzilətli hesab edirdi: on min dəfə, min dəfə, yüz dəfə. Hər kim bu ayın cümə günündə 100 dəfə bu surəni oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar ki, onu behiştə tərəf çəkər.
Peyğəmbərdən nəql olunur ki, əgər Rəcəb ayının bir gecəsində yüz dəfə “İxlas” surəsini iki rükətdə desə, yüz il orucun savabı ona verilər və Allah taala ona cənnətdə yüz ədəd hər biri bir peyğəmbərin kənarında olan saray verər.
Yenə də peyğəmbərdən nəql olunur ki, Rəcəb ayının gecələrinin birində on rükət namaz qılın, hər rükətdə “Həmd”dən sonra bir dəfə “Kafirun” surəsini və üç dəfə “İxlas” surəsini oxuyun. Allah taala bütün günahlarınızı bağışlayar...
Bu ayın üç günündə: cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.
İbni Tavus Peyğəmbərdən (s.a.a) belə nəql edir ki, hər kəs Rəcəb ayının cümə günündə zöhr və əsr namazları arasında dörd rükət namaz, hər rükətdə “Həmd”dən sonra yeddi dəfə “Ayətəl-kürsi”, beş dəfə “İxlas” surəsi, sonra on dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvə və əs`əluhut tovbə” sözlərini desə, Allah taala onun üçün bu namazı qılandan ölənə qədər hər gün min həsənat yazar və hər oxuduğu ayəyə görə cənnətdə qırmızı yaqutdan şəhər salınar, hər hərfə görə orada ağ dürdən saray tikilər və onu hurilərlə evləndirər. Allah ondan razı olar, onu abidlərdən sayar və aqibətini rəhmətlə, səadətlə bitirər.
Mənbə: Məfatihul-Cinan
Nə gözəl olardı ki, bu müstəhəb əməllərin savabını Zəmanə İmamımız Həzrəti Məhdiyə (əf) hədiyyə edək və bu ayda çoxlu istiğfar edib Onun zühuru üçün dua edək...