Mötəbər sənədlə Muhəmməd ibn Zəkvan nəql edir:
İmam Sadiqə (a) dedim ki, “Sənə fəda olum, Rəcəb ayıdır, mənə bir dua öyrədin ki, onunla Allah mənə fayda versin.”
İmam (ə) mənə buyurdu ki,
“Rəhman və Rəhim olan Allahın adı ilə yaz və Rəcəb ayının hər günü səhər və axşam, gün ərzində namazların ardınca bunu oxu;
“Ya mən ərcuhu li kulli xəyr va amənə səxətəhu min [ində] kulli şərr, ya mən yu`til kəsiira bil-qalil, ya mən yu`ti mən sə`ələhu, ya mən yu`ti mən ləm yəs`əlhu va mən ləm yə`rif təhannunən minhu va rahmətən, ə`tini biməs`ələti iyyakə cəmiə xayrid-dunya va cəmiə xayril-axirah vasrif ənni biməs`ələti iyyakə cəmia şərrid-dunya və cəmia şərril-axirah, fə innəhu ğeyri mənqusin ma ə`teytə va zidni min fəzlikə ya Kərim”
Sonra İmam (ə) sol əli ilə saqqalından tutub və sağ əlinin şəhadət barmağını saga-sola hərəkət etdirərək bu duanı deyirdi:
“Ya zəl-cəlali val-ikram, ya zən-nə`mai vəl-cud. Ya zəl-mənni vat-tavl. Hərrim şeybəti əlan-nar”
Duanın tərcüməsi
Ey bütün xeyirlərinə ümid etdiyim və bütün şərlərdə qəzəbindən amanda olmağa ümid etdiyim,
Ey aza (az əmələ) çox əta edən,
Ey istəyənə də, istəməyənə də, (Rəbbini) tanımayana da rəhmət və şəfqəti (mehribanlığı) ilə əta edən,
Sənə yalvarışımla bütün dünyəvi xeyirləri və axirət xeyirlərini mənə əta et.
Sənə yalvarışımla bütün dünyəvi şərləri və axirət şərlərini məndən uzaq et.
Həqiqətən mənə az əta etməmisən, elə isə fəzlindən artır ey Kərim!
Ey cəlal və kərəm sahibi, ey nemətlər və səxavət sahibi, ey böyük nemətlərlə minnət qoyan, saqqalımı oda haram et
Mənbə: "Zadul-Məad", Əllamə Məclisi, cild 1, səh.16