Həzrəti Fatimənin (sa) dünyaya gəlməsi

Rəsulullah (s.a.a) buyurdu: "Merac zamanı Cəbrail (ə) əlimdən tutdu və Behiştə daxil elədi, orada mənə Cənnət xurması verdi və mən ondan yedim, onun nəticəsində sülbümdə nütfə yarandı və Fatimə (sa) o nütfədən yarandı. Beləliklə Fatimə (sa) əslində insan şəklində olan Cənnət hurisidir. Mən nə vaxt Cənnətin şövqündə olsam, onun ətrini Fatimədən (sa) alıram."

Şiə mənbələri:

"Əmali", Şeyx Səduq, səh. 461

"Əl-İhticac", Təbərsi, cild 2, səh. 409

"Biharul-ənvar", Əllamə Məclisi, cild 43, səh. 4.

Əhli-sünnət mənbələri:

"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 156

"Durrul-mənsur",Suyuti, İsra surəsi 1-ci ayənin təfsiri

"Zəxair əl-uqba", Muhibbəddin Təbəri, səh. 36

"Rəsulullah (s.a.a) Həzrəti Xədicə (sa) ilə evlənəndən sonra Məkkə qadınları Xədicədən (sa) uzaq durdular, yanına getmədilər və salam vermədilər və heç bir qadına icazə vermədilər ki, onunla təmasda olsun. Onların bu rəftarı Həzrəti Xədicənin (sa) narahatlığına səbəb oldu. Həzrəti Xədicə (sa) Həzrəti Fatiməyə (sa) hamilə olanda, Fatimə (sa) anasının bətnində ona həmdəm oldu, onunla söhbət etdi və ona səbr etməyi tövsiyyə etdi"

"Elə ki, Fatiməni dünyaya gətirmək zamanı çatdı, Həzrəti Xədicə (sa) Qureyş və Bəni-Haşim qadınlarına xəbər yolladı ki, ona bu işdə kömək etsinlər. Ancaq onlar dedilər ki, sən ki bizim sözümüzə qulaq asmadın və yetim və fəqir bir kişi evləndin, biz sənin yanına gəlib kömək etməyəcəyik! Xədicə (sa) bu cavabı eşidib qəmgin oldu, elə bu vaxt ucaboylu dörd xanım gəldi, Xədicə (sa) düşündü ki, bunlar Bəni-Haşim qadınlarıdır. 

Onlar dedilər: bizi Allah göndərib ki, sənə bu işdə kömək edək. Biz sənin bacılarınıq. Mən Sarayam, bu Asiyə binti Müzahimdir, bu Məryəm binti İmrandır, bu da Musanın bacısı Gülsümdür."

" Fatimə (sa) dünyaya gələn kimi səcdəyə getdi və mübarək barmağını yuxarı qaldırdı"

Şiə mənbələri:

"Əmali", Şeyx Səduq, səh. 593

"Biharul-ənvar", Əllamə Məclisi, cild 6, səh. 247,cild 43, səh. 2

Əhli-sünnət mənbəsi:

"Zəxair əl-uqba", Muhibbəddin Təbəri, səh. 44

Fatimə (sa) dünyaya gələn kimi səcdəyə getdi və mübarək barmağını yuxarı qaldırdı"

Əhli-sünnət mənbəsi:

"Zəxair əl-uqba", Muhibbəddin Təbəri, səh. 44

"Fatimə (sa) dünyaya gələn kimi dil açdı və buyurdu: Şəhadət verirəm ki, yeganə olan Allahdan başqa məbud yoxdur və şəhadət verirəm ki, atam Allahın Rəsulu və peyğəmbərlərin ən üstünüdür və şəhadət verirəm ki, ərim Əli (ə) vəsilərin ən üstünü, övladlarım da insanlardan ən yaxşı qalanlar və onların sevincidirlər."

Şiə mənbələri:

"Əmali", Şeyx Səduq, səh. 593

"Biharul-ənvar", Əllamə Məclisi, cild 6, səh. 247,cild 43, səh. 2

İmam Baqir (ə) : "Fatimə (sa) Peyğəmbərin (s.a.a) beş il sonra dünyaya gəlmişdir."

"Üsuli-Kafi", Kuleyni, cild 1, səh. 457

İmam Sadiq (ə): "Fatimə (sa) Cəmadiul-axir ayının 20-si, besətdən beş il sonra dünyaya gəldi və bu zaman Rəsulullahın (s.a.a) 45 yaşı var idi."

"Dəlaiul-imamə", Muhəmməd ibni Cərir Təbəri, səh. 9

"Biharul-ənvar", cild 43, səh. 9