Əlibağlı namaz qılmaq vacibdirmi?

Öncədən qeyd edək ki, heç bir müsəlmana görə namazı əlibağlı qılmaq fərz deyil, istər sünni olsun, istərsə də şiə. Sünnilərin də dörd məzhəbindən üçü bu işi fərz namazlarda sünnə bilir, biri- malikilər isə məkruh bilir. Şiələrə görə isə bu bidətdir və namazı batil edər. Bu məqalədə ətraflı olaraq hər bir tərəfin gətirdiyi dəlilləri qeyd edəcəyik.

Əhli-Sünnətə görə bu barədə üç görüş var:

 1. İstər fərz, istərsə də müstəhəb namazlarda əlləri bağlamaq müstəhəbdir.

Əhli-Sünnət imamı Nəvəvi deyir:

"Səhabələrdən Əbu Hureyrə, Aişə və tabeinlərdən Səid ibn Cubeyr, Nəxai və Mucərrəd kimi bəziləri, Süfyan, İshaq, Əbu Sərv, Davud kimi fəqihlərdən bir qrupu və alimlərin əksəriyyəti bu nəzəri müdafiə edir."

"Əl-Məcmu", Nəvəvi, cild 3, səh. 313

2. Fərz namazlarda məkruh, müstəhəb namazlarda isə caizdir. Bu, maliki məzhəbinin nəzəridir.

"İbni Qasim Malikdən, namazda əllərin aşağı salınması lazım olduğunu rəvayət edərkən, Əbdulhəkəm ondan əllərin bağlanmasını gərəkdiyini rəvayət edir, ancaq birincisi daha məşhurdur."

"Əl-Məcmu", Nəvəvi, cild 3, səh. 312

3. Əvzəiyə görə isə insan namazda əli açmaq ya bağlamaqda ixtiyar sahibidir.

"Əl-Məcmu", Nəvəvi, cild 3, səh. 312

Şiələrə görə isə bu əməl bidətdir və namazı batil edir.

Sual: Əgər biz istəsək ki, bütün müsəlmanlar vəhdət etsin və eyni cür namaz qılsın, sizcə əlibağlı halda namaz qılsa bu şərt ödənər, ya əliaçıq?

Əlibağlı namaz qılmaq heç bir məzhəbə görə vacib deyil, əliaçıq namaz qılmaq isə bütün məzhəblərə görə icazəlidir.

Davamı olacaq...