"Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!"
(Hucurat surəsi ,15-ci ayə)
Hüdeybiyyə sülhü müsəlmanlara çox çətin gəlirdi. Onlar müşriklər qarşısında özlərini aciz hiss edirdilər və həmin ili həccə gedə bilmədikləri üçün qəzəbli idilər. O hadisə vaxtı səhabələr bir neçə dəfə Peyğəmbərin (s.a.v.v.) əmrindən çıxaraq ədəbsizlik etmişdilər. Lakin Ömər ibni Xəttab qədər o günü Peyğəmbərin (s.a.v.v.) peyğəmbərliyinə şəkk edən olmamışdı.
Ömər dedi: Mən Peyğəmbərin (s.a.v.v.) yanına gəlib dedim: “-Sən Allahın haqq peyğəmbəri deyilsənmi?” Peyğəmbər (s) buyurdu: “-Bəli .” Dedim: “Biz haqq, düşmənlərmiz isə batil deyilmi?” Peyğəmbər: “-Bəli .” Dedim: “-Elə isə, (onlarla sülh edərək) dinimizi niyə alçaldırıq?!” Peyğəmbər (s.a.v.v.) buyurdu: “-Mən həqiqətən də Allahın Rəsuluyam. Mən Ona asi olmaram və O, mənə kömək edəndir.” Dedim: “- Sən bizə demədinmi ki, biz tezliklə Allahın evinə gəlib onu təvaf edəcəyik?!” Peyğəmbər (s.a.v.v.) buyurdu: “-Bəli . Amma mən sənə bunu bu il edəcəymizi dedimmi?” Dedim: “-Xeyr.” Peyğəmbər (s.a.v.v.) buyurdu: “-Elə isə, sən həqiqətən də gedib onu təvaf edəcəksən.” Ömər dedi: Sonra mən Əbu Bəkrin yanına gedib dedim: “-Bu Allahın haqq peyğəmbəri deyilmi?” Əbu Bəkr dedi: “-Bəli .” Dedim: “-Biz haqq, düşmənlərmiz isə batil deyilmi?” Əbu Bəkr: “-Bəli .” Dedim: “-Elə isə dinimizi niyə alçaldırıq?!” Əbu Bəkr: “-Ay kişi! O, həqiqətən də Allahın elçisidir. Rəbbinə qarşı asi olmaz və Rəbbi ona kömək edəndir. Elə isə, onun ətəyindən möhkəm yapış! And olsun Allaha o, haqq üzərindədir.” Dedim: “-O, bizə demədimi ki, tezliklə Allahın evinə gəlib onu təvaf edəcəyik?!” Əbu Bəkr dedi: “-Bəli. Amma o, sənə bu il gələcəyini dedimi?” Dedim: “-Xeyr.” Dedi: “-Elə isə, Sən həqiqətən də gedib onu təvaf edəcəksən.”
... Sonra Rəsulullah müavilənin imzalanmağını bitirib səhabələrə dedi: "Qalxın, qurbanlarınızı kəsib, saçınızı qırxın!" Ravi dedi: Vallah, səhabələrdən bir nəfər də olsun qalxmadı. Hətta Rəsulullah (s.a.v.v.) bu əmri üç dəfə söylədi. Səhabələrdən heç kim qalxmayanda, Rəsulullah (s.a.v.v.) zövcələrindən Ümmü Sələmənin yanına gedib səhabələrdən gördüyü diqqətsizliyi ona dedi...
"Səhih", Buxari, Kitabuş-şürut, Cihadda və hərb əhli ilə ediləcək sülh müqavilələrində irəli sürüləcək şərtlər və bu şərtlərin yazılması babı
Ömər Peyğəmbərin (s.a.v.v) yanına gəldi və dedi: Biz müsəlmanlar haqq üzərində, düşmənimiz olan onlar isə batil üzərində deyillərmi? Bizim ölülərimiz cənnətdə, onların ölüləri isə alovda deyillərmi? Rəsulullah (s.a.v.v.): Bəli, elədir. Ömər: Elə isə dinimiz uğrunda bu dəyərsiz şeyə (acizliyə işarə edən bu ağır şərtlər altındakı sülhə) niyə dəyər verir, qəbul edirik və Allah hələ bizim aramızda hökm etməmiş olduğu halda, niyə geri qayıdırıq? Rəsulullah (s.a.v.v.): Ey Xəttabın oğlu, mən həqiqətən Allahın Rəsuluyam. Allah məni əbədi olaraq zay etməyəcəkdir.
Ömər qəzəbli halda geri qayıtdı və səbr etmədi, nəhayət Əbu Bəkrin yanına gəldi və ona dedi: Ey Əbu Bəkr, biz haqq üzərində, onlar da batil üzərində deyillərmi? Əbu Bəkr: Ey Xəttabın oğlu! Şübhəsiz o şəxs, Allahın Rəsuludur və Allah onu əbədi olaraq zay etməyəcəkdir.
"Səhih", Buxari, Kitabut-Təfsir, (Fəth surəsinin təfsiri) 258-ci bab, hədis 4844.
Bu hədislərdən də göründüyü kimi, Ömər birbaşa peyğəmbərliyə şəkk edir. Rəsulullahın (s.a.v.v.) sözü ilə kifayətlənməyib qəzəbli halda Əbu Bəkrin yanına gedir və eyni sözləri eşitməsinə baxmayaraq bu dəfə qəbul edir. Onun niyə belə eləməsinin cavabını isə sələfi alimi ibni Teymiyyə insafən çox gözəl izah edib:
"Şeytan həmin dəlilə əsasən Hüdeybiyyə sülhündə öz sözlərini Ömərin dilindən cari elədi, bir halda ki Ömər muhəddəs idi (mələklərlə danışardı), həmçinin Peyğəmbərin (s.a.v.v) vəfatında və Həkim ibni Hizamla Furqan surəsi barədə ixtilaf edəndə də Şeytan öz kəlamını Ömərin dilindən cari etmişdi, amma nübuvvətin nuru onu aradan apardı"
"Məcmuəl-fətəva", İbn Teymiyyə, cild 2 səh. 52.