İmam Əli (ə) və Fizika elmi

Əli (ə): Ondan başqa bütün eşidənlər çox yüksək səslərdən kar olar (onları eşitməzlər), yavaş və uzaqdan gələn səsləri isə eşitməzlər. Ondan qeyri bütün görənlər gizlin rənglərə və (zərrələr kimi) zərif cisimlərə (onları görməyə) kordur. (Nəhcul-Bəlağə, 64-cü xütbə.) 

Əli (ə) burada eşitmə və görmə diapazonuna işarə edir, insanlar yüksək və alçaq tezlikli səsləri eşitməzlər, eyni zamanda da işıq şüaları içində insan çox kiçik bir spektda rəngləri görə bilirlər, halbuki bu görə biləcəyimiz işığın çox cüzi bir hissəsidir. "Gizlin rənglər" -ə misal ultrabənövşəyi şüaları göstərə bilərik, zərif cisimlərə də atom hissəsicləri kimi kiçik ölçülər və ya rəngsiz cisimlər nümunə ola bilər.

Əli (ə) Fərat çayında oturmuşdu və əlində çubuq var idi, onunla suyun üzünə vurdu və dedi: Əgər istəsəydim sizin üçün sudan nur və nar (od) düzəldərdim. (Təsnif Nəhcul Bəlağə, səh. 782)

Sudan işıq düzəltmək məsələsi aydındır, burada sudan elektrik almaq nəzərdə tutulur, eyni zamanda həmin elektrikdən qızdırıcı da düzəltmək mümkündür. Yaxud da burada istilik enerjisi nəzərdə tutulur.  Ancaq burada başqa bir məsələ də var. Su parçalandıqda oksigen və hidrogendən ibarətdir. Oksigen özü yanmanı təmin edən elementdir. Həmçinin hidrogendən də yanacaq kimi istifadə edilir. Əli (ə) o dövrün insanları tərəfindən başa düşülmədiyi üçün bu məsələni rəmzlərlə başa salır.

Təəssüflər olsun ki, o dövrün insanları Əlini (ə) başa düşmədilər və qədrini bilmədilər, xəlifə olduğu müddətdə də başını müharibələrlə qatdılar. Əgər Peyğəmbər (s.a.v.v) Ailəsinə imkan verilsəydi, bütün insanlıq xoşbəxt olardı. Ancaq ümidimiz onadır ki, İmam Məhdi (ə) zühur etdikdə hazırda mövcud olan elmləri təkmilləşdirməklə bərabər, yeni elmlər də üzə çıxaracaq. Biz də gərək elm öyrənməklə Onun layiqli tərəfdarı olduğumuzu sübut edək və insanlığa xidmət edək.