1. Evdən çölə çıxmazdan öncə iki rükət namaz qılın və Allahdan xeyir istəyin. (Tuhfətuz-zair, səh.8)
2. İmam Zamana (ə) təvəssül edin.
3. İmam Sadiq (ə): Səfərə sədəqə ilə başlayın (Mən la yəhzurul fəqih, cild 3 səh. 138.)
4. Səfər duasını oxuyun: Bismillah, aməntu billah, təvəkkəltu aləllah, ma şaə Allah, və la həvlə və la quvvətə illa billah. (Mən la yəhzurul fəqih, cild 3 səh. 143)
5. İmam Sadiq (ə): Cümə axşamı və ya şənbə günü səfərə çıxın. (Mən la yəhzurul fəqih, cild 3 səh. 267)
6. Səfərdən öncə vəsiyyət edin.
7. Müstəhəbdir ki, səfərdən öncə qüsl alasınız. (Adabus-səfər, Seyyid ibni Tavus)
8. Əqiq qaşlı üzük taxın.
9. Səfər yoldaşlarınıza qarşı gülərüz olun.
10. Səfər yoldaşlarınıza qarşı səxavətli olun.
11. Üç şeydə onları qabaqlayın: 1. Namaz qılmaq 2. Çox sükut etmək 3. Səxavət
12. Səfər yoldaşlarınız iş görəndə siz də iş görün.
13. Namaz vaxtı yetişəndə dərhal qılın.
14. Qəməri ayların 3-6, 13, 16, 21, 24-26-sı səfərə çıxmaq məkruhdur amma sədəqə verib Ayətəl Kürsi oxusanız istədiyiniz vaxt səfər edin.
15. Həmçinin Ay Əqrəb bürcündə olanda da səfər etmək məkruhdur.
16. Rəsulullah (s.a.v.v.) səfərə çıxanda özü ilə beş şey götürərdi: Güzgü, sürmə qabı, misvak (fırça), daraq, qayçı. (Vəsailuş-şiə, cild 11 səh. 426)
17. Qabaq, sağ və sol tərəfə Ayətəl-Kürsi oxumaq. (Həmçinin Fatihə surəsini də bu qayda ilə oxumaq)
18. Evin qapısında dayanmaq və Fatimeyi-Zəhra (sa) zikrini demək.
19. İxlas surəsini 11 dəfə oxumaq.
20. Qədr, Nas və Fələq surələrini oxumaq və əlini bədəninə və malına çəkmək və sədəqə vermək.
21. İmkan daxilində səfərə tək getməmək. Əgər məcbur qalsanız bu duanı oxuyun: Ma şaə Allah , la həvlə və la quvvətə illa billah. Allahummə ənis vəhşəti və əinni alə vəhdəti və əddi ğəybəti. (Tuhfətuz-zair, səh. 13)
22. Miniyə (maşına) minəndə deyin: Bismillah vəllahu əkbər.
23. Yolunuz aşağı düşəndə "Sübhənallah", yuxarı qalxanda "Allahu Əkbər" deyin.
24. Qalmaq istədiyiniz yerə çatanda deyin: Allahummə nəzzilni munzilən mubarəkən və əntə xəyrul munzilin.
25. O mənzildə oturmazdan qabaq iki rükət namaz qılın və deyin: Allahummərzuqna xəyrə hazihil buq'ə əizna min şərriha. Allahummət'imna min cəhana, və əizna min vəbaha, və həbbibna ilə əhliha, və həbbib salihi əhləha iləyna.
26. Qayıtmaq istədikdə iki rükət namaz qılıb Allahdan hifz olunmağını dilə, sonra bu duanı oxu: Əssəlamu alə məlaikətilləhil hafizin, əssəlamu aləynə və əla ibadillahissalihin və rahmətullahi və bərakətuh. (Tuhfətuz-zair, səh. 19)
27. Hər vaxt ki, boş vaxtınız oldu, dua edin. (Mən la yəhzurul fəqih, cild 3 səh. 177)
28. Əgər yolunuzu azsanız, İmam Məhdiyə (ə) təvəssül edib Fərəc duasını oxuyun. Yaxud da "Ya Əba Saleh əl-Məhdi, ədrikni"- deyin.