Aşura gününün əməlləri

Həmçinin bax: Niyə İmam Hüseyn (ə) üçün matəm saxlayırıq?

1. Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində "Fatihə" surəsindən sonra 50 dəfə "İxlas" surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la quvvatə illa billahil aliyyul-azim" zikri deyilir.

2. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.

3. Dua, ibadət və istiğfar etmək.

Aşura gününün əməlləri:

 İmam Məhdi (əf)-ın salamatçılığı üçün sədəqə vermək. Bu gün Onun üçün ən çətin gündür və Həzrət çox əziyyət çəkir, illərdir bu hadisələri canlı yaşayır və hələ də qisasını ala bilmədiyi üçün ürəyi parçalanır. Bu ağır günlərdə Onun dərdinə şərik olaq və Onun salamatçılığı üçün dua edək. 

1. İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: "Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər".

2. İmam Hüseyn(ə)-ı ziyarət etmək.

3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.

4. İmam Hüseyn(ə) zəvvarlarına və ya əzadarlarına su və ya qida ehsan vermək.

5. 1000 dəfə "İxlas" surəsini oxumaq. Buna gücü çatmayan heç olmasa 100 dəfə oxusun çox təsiri vardır. 

6. Aşura ziyarəti oxumaq. bax: Aşura ziyarətnaməsi

7. 1000 dəfə "Allahumməl`ən qətələtəl-Huseyn" zikrini demək.

8. Varisin ziyarəti oxumaq. (bax: Varisin ziyarəti)

9. İmam Hüseyn (ə)-ın Aşura günü etdiyi sonuncu duanı oxumaq:

 Allahummə əntəl mutəaliyəl-məkanil-əziməl cəbərut, şədidul mihali ğəniyyun anil xəlaiqi arizul kibriyai qadirun alə ma təşaa, qəribur rahməti sadiqul vəədi sabiğun niməti həsənul bəlai, qəribun iza duiytə muhitun bima xələqtə qabilut təvbəti limən tabə iləykə qadirun alə ma ərədtə və mudrikun ma taləbtə və şəkurun iza şukirtə və zəkurun iza zukirtəhkum bəynəna və bəynə qəvmina (bilhəqqi) fəinnəhum ğərruna və xədəuuna xəzəluuna və ğədəruu bina və qətəluna və nəhnu itrətu nəbiyyik və vələdu (vuldu) həbibikə Muhəmməd ibni Əbdullah əlləzi əstəfəytahu birrisaləti və əntəməntəhu alə vəhyik, fəc'əl ləna min əmrina fərəcən və məxrəcən birahmətikə ya ərhəmər rahimin.