1. Qüsl.
2. Oruc.
3. Qədir-Xum bayramında qılınan iki rükətli namaz kimi namaz qılmaq. Eyni vaxtda və eyni keyfiyyətdədir. Zöhr namazına yarım saat qalmış iki rükətli namazı qılmaq ki, hər rükətində bir “Həmd”dən sonra on dəfə “İxlas”, on dəfə “Ayətül-kürsü”, on dəfə “Qədr” surəsini oxumaq. Namazdan sonra 70 dəfə istiğfar etmək.
4. “Mübahilə” duasını oxumaq. Bu dua Ramazan ayının səhər duasına bənzəyir.
5. İmam Əlini (ə) ziyarət etmək.
6. “Cameə” ziyarətini oxumaq.
Mübahilə günündə:
- gözəl və təmiz paltar geyinmək,
- xoş ətir vurmaq,
- İmam Əli (ə) davamçılarını sevindirmək,
- Əhli-beyt (ə) davamçılarının təqsirlərindən keçmək,
- Əhli-beyt (ə) davamçılarının hacətlərini yerinə yetirmək,
- sileyi-rəhm etmək,
- möminlərə iftar yeməyi vermək,
- onların ziyarətinə getmək,
- təbəssüm etmək,
- möminlərə hədiyyə göndərmək,
- çoxlu salavat göndərmək - müstəhəb əməllərdəndir.