Qurban bayramının əməlləri

Ərəfə günündən Qurban bayramına keçən gecə:

Bu gecə oyaq qalıb ibadət etməyin çox savabı vardır. 

1. İmam Hüseyn (ə) - ı ziyarət etmək.

2. Bu duanı oxumaq:

Ya daiməl fəzli aləl bəriyyə, ya basitəl yədəyni bil atıyyə, ya sahibəl məvahibis-səniyyə, salli alə Muhəmmədin və alihi xəyril vəra səciyyə, vəğfir ləna ya zəl ulaafi hazihil 'əşiyyə.

Qurban bayramı gününün əməlləri:

1. Qüsl etmək.

2. Nüdbə duası oxumaq.

3. Bayram namazı qılmaq

4. Səhifeyi-Səccadiyyənin 48-ci duasını oxumaq.

5. Bayram günü zöhr namazından ta Zilhiccənin 12-si sübh namazına qədər hər namazdan sonra bu təkbirləri demək:

Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllahu vəllahu Əkbər, Allahu Əkbər Allahu Əkbər, vəlilləhil həmd, Allahu Əkbəruəla ma hədana, Allahu Əkbəru əla ma rəzəqəna min bəhimətil ənam, vəlhamdu lillahi əla ma əblana.