İmam Əlinin (ə) öz ölümünün vaxtını qabaqcadan bilməsi

Kəsir əl Əhməsi nəql edir: "Mən Əli ibni Əbu Talibi (ə) sübh namazına getmək üçün evdən çıxanda gördüm, qazlar onun qarşısını kəsdilər. Mən ona dedim: "İcazə verin onları uzaqlaşdırım."- "Əl dəymə, onlar mənim üçün novhə deyir". O çıxdı və sonra şəhid oldu."

İbni Əsir yazır:

"Bu onu göstərir ki, o hansı ildə, hansı ayda və hansı gecədə öldürüləcəyini bilirdi. Allah daha yaxşı bilir" 

"Usdul-ğabə", İbni Əsir, səh. 884

Bu hədisi Əhməd ibni Hənbəl və başqaları da öz kitablarında qeyd ediblər:

"Fəzailus-səhabə", Əhməd ibni Hənbəl, cild 2, səh. 560

"Bir dəstə insan Əliyə (ə) beyət üçün toplanmışdı. Əbdurrəhman ibni Mülcəm Muradi də beyət üçün gəldi, ancaq Əli (ə) iki dəfə imtina elədi. Sonra dedi: "Ümmətin ən bədbəxtinə nə mane oldu (saqqalımı başımın qanına qoyasın), Allaha and olsun, bu bununla boyanacaq (əli ilə başına və saqqalına işarə etdi)"

"Usdul-ğabə", İbni Əsir, səh. 884

Sünni alimi Nəvəvi yazır:

"Əlidən (ə) gələn çoxlu hədislər sübut edir ki, o hansı ildə, hansı ayda, hansı gecədə öldürüləcəyini bilirdi. O sübh namazı üçün çıxmaq istəyəndə, qazlar qarşısını kəsdi. Kimsə onları qovlamaq istəyəndə, Əli (ə) dedi: "Əl dəymə, onlar mənim üçün novhə deyir" 

"Təhzib əl Əsma vəl-lüğət", Nəvəvi, cild 1, səh. 348

"Əlidən (ə) bu ayə haqqında soruşdular: Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər (Əhzab, 23)  O dedi: Bağışla, Allah! Bu ayə mənim, əmim Həmzə və əmimoğlu Ubeydə ibni Haris ibni Əbdülmüttəlib barədədir. Ubeydə Bədr günü şəhid oldu, Həmzə Uhud günü şəhid oldu, mən isə ən bədbəxt şəxsin bunu bu ilə boyayacağını gözləyirəm (əli ilə başına və saqqalına işarə etdi) 

"Səvaiqul-muhriqə", İbni Həcər Heytəmi, səh. 393

"Əli (ə) ayağını yəhərə qoyanda Abdullah ibni Salam dedi: "İraqa getmə, əgər oraya getsən, orada səni qılıncla son gözləyir (səni öldürəcəklər)". Əli (ə) dedi: And olsun Allaha, bu o şeydir ki, Allah Rəsulu (s.a.a) mənə xəbər verib..."

İbni Teymiyyə: "Bu və bunun kimi hadisələr Peyğəmbər (s.a.a) tərəfindən öncədən deyilmişdi və insanlar bunun baş verdiyini görürdülər."

"Əl-Cəvab əs-səhih", İbni Teymiyyə, cild 6, səh. 133

Bütün bu qeyd olunanlardan bu nəticəyə gəlirik ki, Allah qeybi seçdiyi bəndələrinə bildirə bilər.