Mövlamız Əmirəlmuminin (ə) fəzilətlərindən biri də onun haqqında həm şiə, həm sünni mənbələrində nəql olunmuş "üxuvvət" hədisidir. Hədisin mətni belədir:
"Rəsulullah (s.a.a) əshabı arasında qardaşlıq qurmuşdu (onları bir-birinə qardaş təyin etmişdi). Əli (ə) gözləri yaşlı halda gəldi və dedi: "Ey Allahın Rəsulu! Səhabələrin arasında qardaşlıq qurdun amma məni keç kim ilə qardaş etmədin." Rəsulullah (s.a.a) buyurdu: "Sən mənim dünya və axirətdə qardaşımsan."
"Sünən", Tirmizi, Mənaqib, 21-ci bab, hədis 3720
"Fəzailus-səhabə", Əhməd ibni Hənbəl, cild 1, əlyazma, hədis 175
"Əl-Bidayə vən-nihayə", İbni Kəsir, cild 3, səh. 226
"Səvaiqəl-muhriqə", İbni Həcər Əsqəlani, səh. 73
"Ənsabul-Əşraf", Bəlazəri, cild 2, səh. 144
"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 15, hədis 4288
"Kənzul-Ummal", Müttəqi Hindi, cild 13, səh. 121, hədis 36440
"Təqəbat əl-Kubra", İbni Səd, cild 3, səh. 22
"Kifayətut-talib", Şənqiti, səh. 34 və s.
Həmçinin şiə mənbələrində də bu hədis gəlmişdir:
"(Şura günü) Əli (ə) oradakılara dedi: Sizi and verirəm Allaha, aranızda məndən başqa bir kəs vardır ki, Peyğəmbər (s.a.a) onun haqqında desin ki: "Ya Əli, sən hər iki dünyada mənim qardaşımsan, mən də sənin, cənnətdə sənin sarayın mənim sarayımın yanındadır, necə ki, qardaşların sarayları yanaşı olur" ? - (Oradakılar dedilər): Vallahi, yoxdur."
"Xisal", Şeyx Səduq, səh. 553 (Münaşidə hədisi)
Həzrəti Rəsulullah (s.a.a) Mədinədə müsəlmanlar arasında qardaşlıq elan etməklə ədaləti və bərabərliyi göstərmək istəyirdi. Ona görə də iki fərqli statusa malik şəxsləri də bir-biri ilə qardaş təyin etmişdi. Məsələn, mühacirlər və ənsarlar, ağdərili və qaradərililər, varlı və kasıblar, azad şəxslər və qullar- İslam bunların arasında fərq qoymadı, keçmişdə bir-birinə düşmən olmuş qəbilələri qardaşlaşdırdı. Eyni zamanda Rəsulullah (s.a.a) növbəti dəfə Əlinin (ə) məqamını insanlara tanıtdı. Səhabələr yaxşı bilirdilər ki, Əli (ə) Peyğəmbərin (s.a.a) hər iki dünyada qardaşıdır. Buna görə də Qədir-Xumda Əli (ə) barədə deyilən "mövla" kəlməsini "dost" mənasında yozmaq yersizdir, çünki buna ehtiyac yox idi. Rəsulullah (s.a.a) dəfələrlə qardaşı Əlini (ə) sevmək barədə buyurmuşdu. Amma bu bir qaydadır ki, münafiqlər Əlini (ə) sevməzlər:
Əli(ə) dedi: And olsun toxumu yaran və canı yaradan Allaha ki, ummi olan Peyğəmbər (s.a.v.v) mənə söz vermişdir ki:"Məni yalnız mömin sevəcək və mənə yalnız münafiq düşmənçilik edəcək"
"Səhih Muslim", İman kitabı, 33-cü bab,cild 1,səh 87,hədis 78
İndi isə maraqlı bir faktı nəzərinizə çatdıraq: 15-ci əsrdə yaşamış Yəmənli sünni alimi şiələrin əleyhinə yazdığı kitabında ona ünvanlanmış bir şikayət məktubundan danışır.
"Saleh və fazil fəqih Şərəfuddin əl-Hərrazinin kəramətli məktubu mənə çatdı ki, orada belə yazılıb: Bizim məntəqəmizdəki İsmailiyyə rəisləri tərəfindən böyük bir fitnə zahir olmuşdur... Bu İsmailliyə başçısı camaat üçün Həzrəti Əli ibni Əbu Talib əleyhissalamın fəzilətləri haqqında hədislər danışır və onlarla xəlifənin təyini barədə dəlillər gətirir: Məsələn, Mənzilət hədisi, "Mən kuntu movlahu fəƏliyyun movlah", Üxuvvət hədisi və s. hədislər. Bunlarla dəlil gətirir ki, Əli (ə) Rəsulullah (s.a.a) tərəfindən xəlifə kimi vəsiyyət edilmişdir və əvvəlki 3 xəlifənin xilafəti günahdır və Rəsulullahın (s.a.a) nəssi ilə müxalifdir. Bu şübhə ilə çox insanı yoldan çıxardıb və əhli-sünnətə böyük zərər vurub."
"Əl-Hisam əl-məslul", Bəhrəq əl-Yəməni, səh. 46
Deməli həmin məntəqədə biz görə batil firqə olan ismaililər Üxuvvət hədisi kimi hədislərlə insanları Səqifə məktəbindən uzaqlaşdırmağı bacarırdılar və elə bu məktubda Üxuvvət hədisinin əhəmiyyəti görsənir. İndi isə insafla İslam tarixini araşdırın və görün ki, hər iki dünyada Rəsulullahın (s.a.a) qardaşı olan şəxslə necə rəftar etdilər?