Ramazan ayının günlərində oxunulan dua

Şeyx ilə Seyid yazırlar ki, hər gün bu duanı oxu:

İlahi, bütün fəzilətlərin üstün olduğu halda, Səndən ən üstün fəzilət və kərəmini diləyirəm! Belə isə, ilahi, fəzlin sayəsində onların hamısını istəyirəm! Ruzin hər şeyə şamil olduğu halda, bütün ruzini diləyirəm! Belə isə, ilahi, Səndən ruzinin hamısını diləyirəm! İlahi, bütün bəxşişlərin qiymətli olduğu halda, Səndən ən qiymətli bəxşişini istəyirəm! Belə isə, ilahi, bütün nemətlərini istəyirəm! İlahi, bütün xeyirlərin tezliklə çatdığı halda, Səndən ən tez çatan xeyri diləyirəm! Belə isə, ilahi, bütün xeyirləri diləyirəm. İlahi, bütün ehsanların yaxşı olduğu halda, Səndən ən yaxşı ehsanını istəyirəm! Belə isə, ilahi, Səndən ehsanlarının hamısını istəyirəm! İlahi, Səndən sənə dua etdiyim zaman dərhal verəcəyin şeyi istəyirəm. Belə isə, ilahi, duamı qəbul et! Ey Allah, razı olduğun bəndə, seçilmiş peyğəmbər, vəhyə əmanətdar, başqaları tərəfindən deyil, yalnız Sənin tərəfindən üstünlük və fəzilət verilmiş, bəndələrin içindən seçilmiş, həqiqi peyğəmbərin, həqiqətən sevdiyin, məxluqatın xeyirlisi (ən yaxşısı), bəşarət verən, qorxudan, (hidayət yolunda) parlaq çıraq olan Məhəmmədə, onun pak və ən üstün Əhli-beytinə, dərgahındakı layiqli və məxluqatdan qoruduğun (gizlədiyin) mələklərə, həqiqətən, Sənin tərəfindən haqq olaraq insanlara xəbər gətirən peyğəmbərlərə, vəhyini məxsus və peyğəmbərlikləri vasitəsilə məxluqatdan üstün etdiyin elçilərinə, rəhmətinə şamil edərək məxluqata hidayətçi və rəhbər təyin etdiyin və pak dostlar olaraq seçdiyin saleh bəndələrinə, Cəbrail, Mikayıl, İsrafil və Əzrailə (ölüm mələyi), cənnət xəzinədarı Rizvana, cəhənnəm oduna nəzarətçi mələyə, müqəddəs və əmanətdar ruhlara, ərşi çiyinlərində daşıyan mələklərə və mənə keşikçi təyin etdiyin iki mələyə Sənin bəyəndiyin, bütün yer və göy əhlinin pak olaraq göndərdiyi, çoxlu, bərəkətli, yaxşı, zahiri və batini, şərafət və fəzilətli, onların vasitəsilə əvvəlkilər və axırdakılara (keçmiş və gələcəkdəkilərə) nisbətdə üstün olduqlarını bəyan edən bir salamla salam yetir! İlahi, Məhəmmədə vəsilə, şərafət, fəzilət və digər peyğəmbərlərə verdiyin mükafatdan daha yaxşısını əta et! İlahi, Məhəmmədə (ona və Əhli-beytinə salam olsun) bütün “yaxın” (qürb_ məqamı ilə yanaşı yeni “yaxın” məqam, bütün vasitələrlə yanaşı yeni vasitə, bütün fəzilətlərlə yanaşı yeni fəzilət və bütün şərafətlə yanaşı yeni şərafət bəxş et! Qiyamət günü Məhəmməd və onun Əhli-beytinə əvvəldəkilər və axırdakılara verdiklərindən daha fəzilətlisini əta et! İlahi, Məhəmmədi (ona və Əhli-beytinə salam olsun) əbədi cənnətdə məqamca Sənə ən yaxın, mənzili daha geniş və vasitəçilikdə ən yaxın olan peyğəmbərlərdən et! Onu şəfaət edənlərin, şəfaəti qəbul olunanların, danışanların, məqsədinə çatanların birincisi et və onu əvvəlkilər və sondakıların qibtə edəcəkləri ən üstün məqama (“məhmud” məqamına) çatdır, ey mehribanların ən mehribanı! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərməyini, səsimi eşidib duamı qəbul etməyini, xətalarımdan keçməyini və tüğyanımı bağışlamağını, nicat verməyini, arzularıma çatdırmağını, (cənnətlə bağlı) vəd etdiklərini verməyini, yanlışlarıma göz yummağını, günahlarımı əfv etməyini, mənə nəzər salmağını, əzabdan qurtulub rəhm etməyini, cəzaya düçar etməməyini, mənə pak ruzi verib ruzimi genişləndirməyini və məni məhrum etməməyini diləyirəm! Ey Rəbbim, borclarımı ödəməyini, günahlarımdan keçməyini, daşımağa gücüm çatmayanları mənə yükləməməyini istəyirəm! Ey mənim ixtiyar sahibim, Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytini daxil etdiyin bütün xeyirli işlərə məni də daxil edəsən, Məhəmməd Məhəmmədin Əhli-beytini (Sənin salam və salavatın olsun ona və onlara) çıxardığın bütün pisliklərdən məni də çıxarasan. Allahın rəhmət və bərəkətləri olsun ona və onun Əhli-beytinə!

Sonra üç dəfə deyirsən:

İlahi, əmr etdiyin kimi, Səni çağırıram. Belə isə, vəd etdiyin kimi, duamı qəbul et!

Sonra de:

İlahi, mənim həddən artıq ehtiyaclı, Sənin isə əzəldən qəni və ehtiyacsız olduğun halda, azacıq əməlim müqabilində Səndən çoxlu nemət istəyirəm! Onlar mənim üçün çox, Sənin üçün isə az və onları vermək Sənə asandır. Belə isə, o nemətləri mənə bəxş et, Sən həqiqətən, hər bir şeyə qadirsən! Dualarımı qəbul, ey aləmlərin Rəbbi!

Oxunuşu:

Əllahummə inni əs`əlukə min fəzlikə biəfzəlih, və kulu fəzlikə fazil, Əllahummə inni əs`əlukə bifəzlikə kullih, Əlla-hummə inni əs`əlukə min rizqikə biəəmmihi və kullu rizqikə am, Əllahummə inni əs`əlukə birizqikə kullih, Əlla-hummə inni əs`əlukə min ətaikə biəhnəihi və kullu ətaikə həniy, Əllahummə inni əs`əlukə biətaikə kullih, Əllahummə inni əs`əlukə min xəyrikə biə`cəlihi və kullu xəyrikə acil, Əllahummə inni əs`əlukə bi-xəyrikə kullih, Əllahummə inni əs`əlukə min ihsanikə biəhsənihi və kullu ihsanikə həsən, Əllahummə inni əs`əlukə biihsanikə kullih, Əllahummə inni əs`əlukə bima tucibuni bihi hinə əs`əluk, fəəcibni ya Əllah, və səlli əla Muhəmmədin əbdikəl murtəza və rəsulikəl mustəfa, və əminikə və nəciyyikə dunə xəlqik, və nəcibikə min ibadikə və nə-biyyikə bis sidqi və həbibik, və səlli əla rəsulikə və xiyərətikə minəl aləmin, əl bəşirin nəzir, əssiracil munir, və əla əhli bəy-tihil əbrarit tahirin, və əla məlaikətikəlləzinəs təxləstə-hum linəfsik, və həcəbtəhum ən xəlqik, və əla ənbiyaikəlləzinə yunbiunə ənkə bis sidq, və əla rusulikəlləzinə xəsəstəhum bi-vəhyik, və fəzzəltəhum ələl aləminə birisalatik, və əla ibadikəs salihinəlləzinə əd-xəltəhum fi rəhmətikəl əimmətil muhtədinər raşidin, və əvliyaikəl mutəhhərin, və əla Cəbrəilə və Mikailə və İsrafilə və məlikil muti və əla rizvanə xazinil cinan, və əla malikin xazinin nar, və ruhil qudusi vər ruhil əmin, və həmələti ərşikəl muqərrəbin, və ələl mələkəynil hafizəyn, ələyyə bis sələvatilləti tuhibbu ən yusəlliyə biha ələyhim, əhlus səmavati və əhlul ərəzin, səlatən təyyibətən kəsirətən mubarəkətən zakiyəh, namiyə-tən zahirətən batinətən şərifə-tən faziləh, tubəyyinu (tubinu) biha fəzləhum ələl əvvəlinə vəl axirin, Əllahummə (və) ə`ti Muhəmmədənil vəsilətə vəş şərəfə vəl fəziləh, vəczihi (ənna) xəyrə ma cəzəytə nəbiy-yən ən ummətih, Əllahummə və ə`ti Muhəmmədən səlləllahu ə-ləyhi və alih, məə kulli zulfətin zulfəh, və məə kulli vəsiləh, və məə kulli fəzilətin fəziləh, və məə kulli şərəfin şərəf, tu`ti (Əllahummə ə`ti) Muhəmmə-dən və aləhu yəvməl qiyaməti əfzələ ma ə`təytə əhədən minəl əvvəlinə vəl axirin, Əllahummə vəc`əl Muhəmmədən səlləllahu ələyhi və alih, ədnəl mursəlinə minkə məclisa, və əfsəhəhum fil cənnəti indəkə mənzila, və əqrəbəhum iləykə vəsiləh, vəc`əlhu əvvələ şafiin və əvvələ muşəffəin və əvvələ qailin və əncəhə sail, vəb`əshul məqaməl məhmudəlləzi yəğbituhu bihil əvvəlunə vəl axirun, ya ərhə-mər rahimin, və əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təsməə səvti və tucibə də`vəti, və təcavəzə ən xətiəti və təsfəhə ən zulmi, və tuncihə təlibəti və təqziyə hacəti, və tuncizə li ma vəədtəni və tuqilə əsrəti, və təğfirə zunubi və tə`fuvə ən curmi, və tuqbilə ələyyə və la tu`rizə ənni, və tərhəməni və la tuəzzibəni, və tuafiyəni və la təbtəliyəni, və tərzuqəni minər rizqi ətyəbəhu və əusəəh, və la təhriməni ya rəbbi, vəqzi ənni dəyni və zə` ənni vizri, və la tuhəmmilni ma la taqətə li bihi ya məvlay, və ədxilni fi kulli xəyrin ədxəltə fihi Muhəmmə-dən və alə Muhəmməd, və əxricni min kulli suin əxrəctə minhu Muhəmmədən və ali Muhəmməd, sələvatukə ələyhi və ələyhim, vəssəlamu ələyhi və ələyhim və rəhmətullahi və bərəkatuh.