Duanı qeyd etməzdən öncə onda olan bəzi incəliklərə diqqət edək və nə oxuduğumuzu bilək. Bu duada Allahdan maddi və mənəvi nemətlər istənilir. Elə bir nemətlər ki, hal-hazırda mütləq şəkildə onlara çatmağımız qeyri-mümkündür. Məsələn, istisnasız bütün fəqirlərin ehtiyacsız olduğu, bütün borcluların borcunun ödəndiyi, bütün xəstələrin şəfa tapdığı, bütün çətinliklərin həll olduğu bir dövrü təsəvvür edin. Sizcə bu hansı dövrə bənzəyir? Bəli, bu dövr-Allahın dövlətinin qurulacağı, İmam Mehdi (əf) zühur edəcəyi dövrdür. Çünki yalnız o vaxt bizim bütün problemlərimiz həll olunacaq.
Duada xəstələrə şəfa istənilir. Burada həm fiziki cəhətdən xəstə, həm də mənəvi cəhətdən xəstə olanları deyə bilərik. Bir insan gözəl bir yeməyin dadını bilmirsə, xəstədir. Biz də günahlarımızın sayəsində mənəvi nemətləri dada bilmirik. Eyni zamanda duada əsirlərin və qəriblərin qayıtmağından söhbət gedir.
Bəs kimdir hal-hazırda ən qərib şəxs? Məgər 12-ci imamımız 1000 ildən çox qərib deyil? O öz sevdiklərindən uzaq düşməli olub, tərəfdarları Onu unudublar, Onun üçün dua belə etmirlər. O isə bizi görür, bizimlə görüşmək, dərdləşmək istəyir, lakin biz özümüz Ona arxa çevirmişik deyə görə bilmirik. Günahlarımız Onunla bizim aramızda maneə olub.
Allah, bütün əsirləri azad elə... İmam Zaman (əf) da əsirdir. Onu bizim günahlarımız əsir edib! Bizim əməllərimizə görə o qəmlənir, dərdi təzələnir, bizim hazır olmamağımıza görə isə zühur gecikir. Heç bilirik ki, nələri əldən vermişik? İmamın qeybdə olduğu hər saniyə itiririk. Gəlin bu Ramazan ayında xüsusi ilə dua edək, İmam Zamanın (əf) zühurunu istəyək. İstədiyimiz şey nə qədər böyük olsa da, Allahdan əzəmətli deyil. Təki biz qəlbən bunu istəyək.
Duanın ərəbcə mətni:
اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ اللَّهُمَّ أَغْنِ كُلَّ فَقِيرٍ اللَّهُمَّ أَشْبِعْ كُلَّ جَائِعٍ اللَّهُمَّ اكْسُ كُلَّ عُرْيَانٍ اللَّهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدِينٍ اللَّهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوبٍ اللَّهُمَّ رُدَّ كُلَّ غَرِيبٍ اللَّهُمَّ فُكَّ كُلَّ أَسِيرٍ اللَّهُمَّ أَصْلِحْ كُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِينَ اللَّهُمَّ اشْفِ كُلَّ مَرِيضٍ اللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاكَ اللَّهُمَّ غَيِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِكَ اللَّهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَ أَغْنِنَا مِنَ الْفَقْرِ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
Duanın oxunuşu: