Hər gün Şeyx və Seyidin nəql etdiyi bu duanı oxusun:
İlahi, bu, insanlara hidayət, hidayətinə dəlil və haqqı batildən ayıran Quranın nazil olduğu aydır. Bu, oruc tutmaq, ibadət və tövbə, bağışlanmaq və rəhmət, cəhənnəm odundan qurtuluş, cənnət feyzinə çatmaq ayıdır. Bu ay min aydan üstün və xeyirli “qədr” gecəsi olan bir aydır. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni də bu ayın oruc və namazlarında müvəffəq, onu mənim üçün sağlamlıq qərar ver! Ən üstün yardımınla Sənə, Peyğəmbər və övliyalarına (onlara salam olsun) itaət etməkdə mənə kömək, Sənə ibadət, dua etmək və Quran oxumaq üçün mənə asudəlik nəsib et. Bu ayda mənə bərəkət bəxş et, səhhət əta et, bədənimə sağlamlıq ver, ruzimi genişləndir, məni düşündürən şeylərdə mənə yetərli ol. Bu ayda duamı qəbul et, ümidlərimi doğrult! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, halsızlıq, tənbəllik, yorğunluq, süstlük, qəlbin qəsavət və bərkiməsini, qəflət və qüruru məndən uzaqlaşdır. Bütün xoşagəlməz hadisələri, xəstəlik, xəta və günahları, qəm-kədər, hüzn və bəlaları məndən kənarlaşdır. Məni bu ayda bütün çirkinlik və pisliklərdən, əziyyət və bəlalardan qoru. Həqiqətən, Sən duaları eşidənsən! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bu ayda məni daş-qalaq olunmuş şeytandan, onun eyib axtarması, pis danışması və çirkin işlərə təşviq və vəsvəsəsi, hiylə, məkr və tələsi, tovlaması, qoşunu, fitnəsi və təkəbbürlüyə sövq etməsindən, ona tabe, onunla şərik olanlardan, bütün tərəfdar, dostlar və hiylələrindən amanda saxlayaraq qoru! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bu ayda ibadət etmək, oruc tutmaq, arzulara çatmaq, Sənə itaət etməyi və səbir, ixlas, iman və yəqin baxımından Öz razılığını mənə nəsib et və daha sonra əməlimi hədsiz şəkildə artırmaq və böyük mükafat verməklə bunları məndən qəbul et, ey aləmlərin Rəbbi! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənə həcc və ümrəni, (Sənin yolunda) çalışqanlığı, şadlıq, tövbə və Sənə yaxınlığı, qəbul olunacaq xeyirxahlığı, Sənə rəğbətli olmağı, Səndən qorxmağı, təvazökarlığı, qəlbin vəcdə gəlməsini, pak niyyəti, doğru danışmağı, Səndən çəkinmək və Sənə ümidli olmağı, Sənə təvəkkül etməyi, haramlardan çəkinməyi, faydalı danışığı, qəbul olunacaq və dərgahına yüksələcək çalışqanlığı və duanı nəsib et. Özünlə mənim aramda hadisələr, xəstəliklər, qəm, kədər, qəflət və unutqanlıq kimi maneə yaratma, əksinə hər bir əməlimi Sənə diqqət, Sənin mühafizən, haqqın və Sənə verilən əhdə sadiqlik və rəhmət vədinə riayət olunmaqla həyata keçir, Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bu ayda mənə saleh bəndələrinə qismət etdiyin ən üstün nemətləri nəsib et. Sənə yaxın olan övliyalarına rəhmət, daimi əfv və bağışlanmaq, bərəkət və duanın qəbul olunması, cəhənnəm odundan qurtuluşu, sağlamlıq və nicat, Cənnətə çatmaq feyzi, dünya və axirət xeyri kimi bəxş etdiklərini əm kamilini mənə əta et. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bu ayda duamı dərgahına çatdır, mənə xeyir və bərəkətini nazil və əməllərimi qəbul et, təlaşımı şükürə çevir, mənə çoxlu savab və həddən artıq feyzin nəsib olacaq qədər günahlarımı bağışla! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni “qədr” gecəsində (ibadət üçün oyaq qalmaq və) sevdiklərinin hansısa birində görmək istədiyin və razı olduğun ən üstün hala (xüsusiyyətə) sahib olmağa müvəffəq et, qədr gecəsini mənim üçün min aydan xeyirli et və onun fəzilətinə qovuşduraraq başıuca və ehsan etdiyin kəsə verdiklərindən daha üstününü mənə nəsib et. Bu gecə məni cəhənnəm odundan xilas, məğfirət və razılığını qazanmaq sayəsində də xoşbəxt olanlardan et, ey mehribanların ən mehribanı! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bu ayda bizə çalışqanlıq, qüvvət və sevinc, bəyənib razı olduqlarını nəsib et! İlahi, ey dan yeri və on gecənin, tək və cütün, Ramazan ayının, Quran nazil olan ayların və illərin, Cəbrail və Mikayıl, İsrafil və Əzrailin, bütün yaxın mələklərin, İbrahim və İsmayılın, İshaq və Yaqubun, Musa və İsanın, bütün peyğəmbər və elçilərin və peyğəmbərlərin sonuncusu Məhəmmədin (salam olsun ona və bütün Əhli-beytinə) Rəbbi! Sənin onlar, onların da Sənin üzərindəki və Sənin Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salam göndərdiyin ən böyük haqqın vasitəsilə mənə rəhmət nəzəri ilə nəzər salmağını, məndən razı olunacaq şəkildə razılığını və bir daha mənə qəzəblənməməyini, bütün arzu, istək və məqsədlərimi həyata keçirməyini, özüm, əhli-əyalım, övladım, mal və qardaşlarım üçün xoşlamadığım, çəkinərək qorxduğum və qorxmadığım şeylərdən amanda saxlamağını diləyirəm! İlahi, bağışlanmağını dilədiyimiz halda, günahlarımızdan Sənə doğru qaçır (sığınır) və bizə nəzər salmağını, dərgahına sığındığımız halda, günahlarımızdan keçməyini, Sənə üz tutduğumuz və təslim olduğumuz halda, bizə pənah verməyini, Səndən qorxduğumuz halda, bizi xar və zəlil etməməyini, bizdə imana rəğbət oyatmağını, biz fəqir və ehtiyaclılara şəfaət və ehsan etməyini istəyirik! Həqiqətən, Sən duanı eşidən, bəndələrə yaxın və (duanı) qəbul edənsən! İlahi, Sən mənim Rəbbim, mən isə Sənin bəndən və qulunam! Bəndənin başqalarından deyil, Sənin kimi bəxşiş və ehsan sahibi olan Allahdan hacət istəməsi daha layiqlidir, ey şikayət edənlərin dönüş mənbəyi, ey Sənə rəğbətli olanların məqsədlərinin sonu, ey fəryad edənlərin dadına yetən, ey çətinlikdə olanların duasını qəbul edən, ey pənahsızların pənahgahı, ey fəryad edənlərin fəryadına çatan, ey kədərlilərin qəm-qüssəsini aradan qaldıran, ey qəmlilərə sevinc verən, ey böyük bəlaları aradan qaldıran, ey Allah, ey mehriban, ey rəhmli, ey rəhmlilərin ən rəhmlisi! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, günahlarımı, eyib və pis işlərimi, özümə zülmkarlıq və israfçılığımı bağışla, mənə fəzl və rəhmətini nəsib et! Həqiqətən, Səndən başqa heç kim bunlara malik deyil! Təqsirlərimdən keç, bütün keçmiş günahlarımı bağışla, ömrümün qalan hissəsində məni günahlardan amanda saxla, dünya və axirətdə mənim, ata-anam, övlad və yaxınlarımın, iman yolunda olan bütün mömin kişi və qadınların eyiblərini ört! Həqiqətən, bunların hamısı Sənin ixtiyarındadır və Sənin məğfirətin genişdir. Ey mənim ixtiyar sahibim, sonsuz rəhmətindən məni məhrum etmə, duamı və Sənə doğru qalxan əllərimi (naümid) geri çevirib, mənimlə belə rəftar etmə, Səndən istədiyim bütün hacətlərimi qəbul et və mənə lütf və mərhəmətini artır! Həqiqətən, Sən hər bir şeyə qadirsən və biz Sənə müştağıq. İlahi, gözəl adlar (əsmaul-husna), üstün və uca misallar və nemətlər yalnız Sənə məxsusdur! Sənə and verirəm “Bismillahir-Rəhmanir-Rəhim”dəki adlarını, bu gecə mələklər və ruhları nazil etdikdə, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, adımı səadətə yetənlərin sırasında, ruhumu şəhidlərlə birgə məhşərə gətirilənlərdən, yaxşı əməlimi ən üstün cənnətə (İlliyyin) yetişənlərdən, günahlarımı bağışlanılanlardan et, mənə qəlbimdə sabitləşəcək və onda şəkkə yol tapılmayacaq yəqin bəxş et, mənə qismət elədiyin bütün şeyləri razılığına (razılıq vasitəsinə) çevir, dünya və axirətdə mənə yaxşılıq nəsib et və məni cəhənnəm atəşindən qoru! Bu gecə mələklər və ruhları nazil etdikdə, əcəlimi ona (bu gecəyə) qovuşa bilməyim üçün təxirə sal, mənə bu gecədə Səni yad etmək, Sənə şükür, itaət və gözəl şəkildə ibadət etməyi nəsib et! Məhəmməd və Məhəmmədin Əhli-beytinə ən fəzilətli salamını göndər, ey mehribanların ən mehribanı, ey yeganə və ehtiyacsız olan, ey Məhəmmədin Rəbbi, bu gün Məhəmməd və Məhəmmədin Əhli-beytinin düşmənlərindən intiqam almaq üçün qəzəblən və onları tamamilə həlak et, onlardan birini belə sağ qoyma və günahlarını heç zaman bağışlama! Ey gözəl həmsöhbət və dost, ey peyğəmbərlərin əmr sahibi, ey mehribanların ən mehribanı, məxluqatı yaratmağa başlayan və meydana çıxaran, ey tayı-bərabəri olmayan, ey heç bir şeydən qafil olmayan daimi, ey ölməyəcək diri! Sən əbədi məqam və fəzilət sahibi, Məhəmmədin ixtiyar sahibi, ona fəzilət verən və yardım edənsən! Səndən Məhəmmədin canişini və xəlifəsinə, daim ədaləti bərqərar edərək qoruyanlarına (onlara salam və salavat olsun) yardım etməyini diləyirəm. Onlara Öz yardımını əta et, ey ondan başqa heç bir məbud olmayan, Sənə and verirəm Səndən başqa heç bir məbudun olmamasını, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni dünya və axirətdə onlarla birgə et, işlərimin aqibətini rəhmət və məğfirətinlə qurtar, ey rəhmlilərin ən rəhmlisi, ey mənim ixtiyar sahibim, Sən mehribanlıq və lütfkarlığı Özünə mənsub etmisən. Lütfünə and olsun ki, Sən həqiqətən də, lütfkarsan! Belə isə, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, Sən istədiyinə lütf edənsən. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bu il mənə həcc və ümrə ziyarətini nəsib et, bütün dünya və axirət hacətlərimi həyata keçir!
Sonra üç dəfə de:
Rəbbim Allahdan bağışlanmaq diləyir və Ona tərəf qayıdıram! Həqiqətən, Rəbbim bəndələrinə yaxın və duaları qəbul edəndir! Rəbbim Allahdan bağışlanmaq diləyir və Ona tərəf qayıdıram! Şübhəsiz, mənim Rəbbim mərhəmətli və mehribandır! Rəbbim Allahdan bağışlanmaq diləyir və Ona tərəf qayıdıram! Həqiqətən, o, bağışlayandır! İlahi, məni bağışla, həqiqətən, sən mehribanların ən mehribanısan! Ey Rəbbim, mən pis işlər görmüş və özümə zülm etmişəm, məni bağışla! Həqiqətən, Səndən başqa günahları bağışlayan yoxdur! Ondan başqa heç bir məbud olmayan, diri və əbədi, səbirli və əzəmətli, ehsan edən və böyük (kəbirə) günahları bağışlayan Allahdan bağışlanmaq diləyir və Ona tərəf qayıdıram! Allahdan bağışlanmaq diləyirəm. Həqiqətən, Allah bağışlayan və mehribandır.
Sonra bu duanı oxumaq:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərməyini və “qədr” gecəsində qətiyyətlə həyata keçən, dəyişilməyən və qəza-qədərinlə müqəddər etdiyin mühüm işlərdə bizə evini (Kəbənin) ziyarət edən, həcci kamil və səyləri (Səfa və Mərvə arasındakı əməlləri) qəbul, günah və pis əməlləri bağışlanmış hacılardan olmağı, ömrümüzün uzun və ruzimizin bol olmasını, əmanəti və borcu sahibinə qaytarmağı nəsib etməyini diləyirəm! Amin, ey aləmlərin Rəbbi! İlahi, işlərimə asanlıq və asayiş, güman etdiyim və güman etmədiyim yerdən mənə ruzi nəsib et, qorxduğum və qorxmadığım şeylərdən məni qoru, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam və çoxlu sayda salam yetir!
Oxunuşu:
Əstəğfirullahə rəbbi və ətubu illəyh, innə rəbbi qəribun mucib, əstəğfirullahə rəbbi və ətubu iləyh, innə rəbbi rəhimun vədud, əstəğfirullahə rəbbi və ətubu iləyh, innəhu kanə ğəffara (ğəfura), Əllahumməğfirli innəkə ərhəmur rahimin, rəbbi inni əmiltu suən və zələmtu nəfsi, fəğfir li innəhu la yəğfiruz zunubə illa ənt, əstəğfirul-lahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, əl həlimul əzimul kərimul ğəffaru lizzənbil əzimi və ətubu iləyh, əstəğfirullahə innəllahə kanə ğəfurən rəhima.
Əllahummə inni əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələ fima təqzi və tuqəddiru minəl əmril əzimil məhtumi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil məbruri həccuhumul məşkuri sə`yuhum, əl məğfuri zunubuhumul mukəffəri ənhum səyyiatuhum, və ən təc`ələ fima təqzi və tuqəddiru ən tutilə umuri, və tuvəssiə rizqi və tuvəddiə ənni əmanəti və dəyni, aminə rəbbəl aləmin, Əllahum-məc`əl li min əmri fərəcən və məxrəca, vərzuqni min həysu əhtəsibu və min həysu la əhtəsib, vəhrusni min həysu əhtərisu və min həysu la əhtəris, və səlli əla Muhəmmə-din və ali Muhəmməd, və səllim kəsira.
(3 dəfə oxu) Əstəğfirullahə rəbbi və ətubu illəyh, innə rəbbi qəribun mucib, əstəğfirullahə rəbbi və ətubu iləyh, innə rəbbi rəhimun vədud, əstəğfirullahə rəbbi və ətubu iləyh, innəhu kanə ğəffara (ğəfura), Əllahumməğfirli innəkə ərhəmur rahimin, rəbbi inni əmiltu suən və zələmtu nəfsi, fəğfir li innəhu la yəğfiruz zunubə illa ənt, əstəğfirul-lahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, əl həlimul əzimul kərimul ğəffaru lizzənbil əzimi və ətubu iləyh, əstəğfirullahə innəllahə kanə ğəfurən rəhima.
(Sonra bu duanı de) Əllahummə inni əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələ fima təqzi və tuqəddiru minəl əmril əzimil məhtumi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil məbruri həccuhumul məşkuri sə`yuhum, əl məğfuri zunubuhumul mukəffəri ənhum səyyiatuhum, və ən təc`ələ fima təqzi və tuqəddiru ən tutilə umuri, və tuvəssiə rizqi və tuvəddiə ənni əmanəti və dəyni, aminə rəbbəl aləmin, Əllahum-məc`əl li min əmri fərəcən və məxrəca, vərzuqni min həysu əhtəsibu və min həysu la əhtəsib, vəhrusni min həysu əhtərisu və min həysu la əhtəris, və səlli əla Muhəmmə-din və ali Muhəmməd, və səllim kəsira.