1. Seyid ibn Tavus İmam Baqir (ə) və İmam Kazimin (ə) belə buyurduğunu rəvayət edir: “Hər vacib namazdan sonra mübarək Ramazan ayının əvvəlindən axırına kimi bu duanı oxuyun:
İlahi, Sənin Öz evinin (Beytül-Haramın) ziyarətini (həcci) bu il və bütün illərdə, məni diri saxladığın vaxta qədər, Sənin tərəfindən olan asanlıq, sağlamlıq və ruzi bolluğu ilə mənə nəsib et! Məni o hörmətli məkanlarının, şərəfli yerlərinin və Peyğəmbərinin (Allahın salam və salavatı ona və Əhli-beytinə olsun) qəbrinin ziyarətindən məhrum etmə, bütün dünya və axirət hacətlərində mənə yardımçı ol. İlahi, Səndən istəyirəm ki, mənim adımı “Qədr” gecəsində hökm və müqəddər etdiyin qaçılmaz işlər – dəf edilməyən və dəyişməyən hökmlərdə Öz evinin “Beytül-Haram”ın həcləri bəyənilmiş, “səy”ləri qəbul olunmuş, günahları bağışlanmış və çirkin əməlləri örtülmüş hacılarından yazasan. Hökm və müqəddər etdiyin işlərdə ömrümü uzat, ruzimi bol et, əmanət və borclarımı mənim tərəfimdən qaytar! Amin, ey aləmlərin Rəbbi!
Oxunuşu:
Əllahummərzuqni həccə bəytikəl hərami fi ami haza, və fi kulli amin ma əbqəytəni fi yusrin minkə və afiyətin və səəti rizq, və la tuxlini min tilkəl məvaqifil kəriməti vəl məşahidiş şərifəh, və ziyarəti qəbri nəbiyyikə səlavatukə ələyhi və alih, və fi cəmii həvai-cid dunya vəl axirəh, fəkun liyəllahummə inni əs`əlukə fi-ma təqzi, və tuqəddiru minəl əmril məhtumi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl həram, əl məbruri həccuhumul məşkuri sə`yuhumul məğfuri zunubu-hum, əl mukəffəri ənhum səy-yiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə rizqi və tuvəd-diə ənni əmanəti və dəyni aminə rəbbəl aləmin.
Ərəbcə:
اللَّهُمَّ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ مَا أَبْقَيْتَنِي فِي يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ وَ سَعَةِ رِزْقٍ وَ لا تُخْلِنِي مِنْ تِلْكَ الْمَوَاقِفِ الْكَرِيمَةِ وَ الْمَشَاهِدِ الشَّرِيفَةِ وَ زِيَارَةِ قَبْرِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ فِي جَمِيعِ حَوَائِجِ الدُّنْيَا وَ الْآخِرَةِ فَكُنْ لِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ فِي لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمُرِي [فِي طَاعَتِكَ] وَ تُوَسِّعَ عَلَيَّ رِزْقِي وَ تُؤَدِّيَ عَنِّي أَمَانَتِي وَ دَيْنِي آمِينَ رَبَّ الْعَالَمِينَ
2. Bu dua “Həcc” duası adı ilə məşhudur. Seyidin “İqbal” kitabında İmam Sadiq (ə)-dən nəql etdiyi rəvayətdə deyilir ki, bu duanı Ramazan ayının gecələrində, məğrib və işa namazlarından sonra, Kəfəmini isə “Bələdül-əmin”də ramazan ayının hər günündə və birinci gecəsində oxumağı müstəhəb bilib. Şeyx Müfid “Muqniə”də xüsusilə ilk gecəsində məğrib namazından sonra oxunmasını nəql etmişdir.
Kuleyni “Kafi”də Əbu Bəsirdən nəql edir ki, İmam Sadiq(ə) ramazanda bu duanı oxuyardı:
İlahi, mən öz hacətimi yalnız Səndən və Sənin vasitənlə istəyirəm və hər kəs də hacətini camaatdan istəyirsə istəsin, mən isə hacətimi başqasından yox, yalnız Səndən istəyirəm. Sən təksən və Sənin heç bir şərikin yoxdur. Səndən istəyir və Sənə and verirəm Öz lütf və razılığını, Məhəmməd və onun Əhli-beytinə salam yetir, bu il Öz evinin ziyarətinə getmək üçün bir yol aç ki, həccim yaxşı, qəbul olunmuş, pak və Sənin üçün xalis olsun, onunla qiyamətdə gözlərimi aydın et və məqamımı ucalt. Gözlərimi haramdan örtməyi, iffət və həyamı qorumağı, həcc ziyarəti ilə özümü haram etdiyin bütün işlərdən saxlamağı nəsib et ki, mənim nəzərimdə heç bir şey Sənə itaətdən, Sənin dərgahında qorxmaqdan, sevdiyin işlərə əməl etməkdən, qadağan etdiyin və bəyənmədiyin işlərin tərkindən sevimli olmasın. Bunu da mənə nemət verdiklərinlə birgə asan, rahat və sağlamlıq qərar ver. Səndən istəyirəm ki, ölümümü Sənin yolunda qətlə yetirilməkdə, övliyaların və dostlarınla birgə Peyğəmbərinin dininin bayrağı altında qərar verəsən. Səndən istəyirəm ki, Öz düşmənlərini və Peyğəmbərinin düşmənlərini mənim əlimlə qətlə yetirəsən. Səndən istəyirəm ki, məxluqatından istədiyin bir kəsin xar olması ilə məni əziz etsən də, Öz övliyalarından birini əziz tutmaqla məni xar etməyəsən. İlahi, mənim üçün Öz Peyğəmbərinlə birgə et, Allah mənə bəsdir və Onun istəyi gözəldir.
Oxunuşu:
Əllahummə inni bikə və minkə ətlubu hacəti, və mən tələbə hacətən ilən nasi fəinni la ətlubu hacəti illa mink, vəhdəkə la şərikə lək, və əs`əlukə bəfəzlikə və rizvanik, ən tusəlliyə əla Muhəmmədin və əhli bəytih, və ən təc`ələ li fi ami haza ila bəytikəl həram, səbilən hiccətən məbrurətən mutəqəbbələtən zakiyətən xalisətən lək, təqərru biha əyni və tərfəu biha dərəcəti və tərzuqni ən əğuzzə bəsəri, və ən əhfəzə fərci və ən əkuffə biha ən cəmii məharimik, hətta la yəkunə şəy`un asərə indi min taətikə və xəşyətik, vəl əməli bima əhbəbt, vət tərki lima kərihtə və nəhəytə ənh, vəc`əl zalikə fi yusrin və yəsar, və afiyətin və ma ən`əmtə bihi ələyy, və əs`əlukə ən təc`ələ vəfati qətlən fi səbilik, təhtə rayəti nəbiyyikə məə əvliyaik, və əs`əlukə ən təqtulə bi ə`daəkə və ə`daə rəsulik, və əs`əlukə ən tukriməni bihəvani mən şi`tə min xəlqik, və la tuhinni bikəraməti əhədin min əvliyaik, Əllahumməc`əlni li məər rəsuli səbila, həsbiyəllahu ma şaəllah.
Ərəbcə:
اللَّهُمَّ إِنِّي بِكَ وَ مِنْكَ أَطْلُبُ حَاجَتِي وَ مَنْ طَلَبَ حَاجَةً إِلَى النَّاسِ فَإِنِّي لا أَطْلُبُ حَاجَتِي إِلا مِنْكَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ أَسْأَلُكَ بِفَضْلِكَ وَ رِضْوَانِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ أَنْ تَجْعَلَ لِي فِي عَامِي هَذَا إِلَى بَيْتِكَ الْحَرَامِ سَبِيلا حِجَّةً مَبْرُورَةً مُتَقَبَّلَةً زَاكِيَةً خَالِصَةً لَكَ تَقَرُّ بِهَا عَيْنِي وَ تَرْفَعُ بِهَا دَرَجَتِي وَ تَرْزُقَنِي أَنْ أَغُضَّ بَصَرِي وَ أَنْ أَحْفَظَ فَرْجِي وَ أَنْ أَكُفَّ بِهَا عَنْ جَمِيعِ مَحَارِمِكَ حَتَّى لا يَكُونَ شَيْءٌ آثَرَ عِنْدِي مِنْ طَاعَتِكَ وَ خَشْيَتِكَ وَ الْعَمَلِ بِمَا أَحْبَبْتَ وَ التَّرْكِ لِمَا كَرِهْتَ وَ نَهَيْتَ عَنْهُ وَ اجْعَلْ ذَلِكَ فِي يُسْرٍ وَ يَسَارٍ وَ عَافِيَةٍ وَ مَا أَنْعَمْتَ بِهِ عَلَيَّ وَ أَسْأَلُكَ أَنْ تَجْعَلَ وَفَاتِي قَتْلا فِي سَبِيلِكَ تَحْتَ رَايَةِ نَبِيِّكَ مَعَ أَوْلِيَائِكَ وَ أَسْأَلُكَ أَنْ تَقْتُلَ بِي أَعْدَاءَكَ وَ أَعْدَاءَ رَسُولِكَ وَ أَسْأَلُكَ أَنْ تُكْرِمَنِي بِهَوَانِ مَنْ شِئْتَ مِنْ خَلْقِكَ وَ لا تُهِنِّي بِكَرَامَةِ أَحَدٍ مِنْ أَوْلِيَائِكَ اللَّهُمَّ اجْعَلْ لِي مَعَ الرَّسُولِ سَبِيلا حَسْبِيَ اللَّهُ مَا شَاءَ اللَّهُ