Şabaniyyə xütbəsi

Şeyx Səduq mötəbər sənədlə İmam Rzadan (ə), o da öz atalarından, onlar da İmam Əlidən (ə) belə nəql etmişlər:

“Bir gün Peyğəmbər (s.a.a) bizə bir xütbə oxudu, sonra buyurdu: “Ey camaat, həqiqətən Allahın ayı rəhmət və bərəkətlə sizə tərəf üz tutmuşdur. Bu ay, Allah yanında ən yaxşı ay, onun günləri ən yax­şı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ay­da Allah sizi öz qonaqlığına dəvət edib və siz ilahi kəramətə şa­mil olmuşsunuz. Sizin bu ayda nəfəsləriniz zikr savabı, yu­xu­nuz ibadət savabı daşıyır. Sizin bu ayda əməlləriniz və dua­la­rı­nız qəbul olunmuşdur. Günahlardan və pis sifətlərdən təmiz­lən­miş qəlblərlə, xalis niyyətlərlə Allah-təaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin. Bu böyük ayda Allahın rəhmətindən məhrum olan şəxs həqiqətən bədbəxtdir. Siz bu ayda ac və susuz qalmaqla Qiya­mət gününün aclığını və susuzluğunu xatırlayın. Öz yoxsul və kimsəsizlərinizə əl tutun. Qocalarınıza hörmət edin, uşaqla­rı­nı­za rəhm edin, qohum-əqrəbalarınıza mehribanlıq göstərin. Di­li­nizi, deyilməsi yasaq olan şeylərdən saxlayın. Gözlərinizi ba­xıl­ması halal olmayan yerlərə örtün. Qulaqlarınızı eşidilməsi ha­lal olmayan şeylərə bağlayın. Başqalarının yetim qalan uşaq­ları ilə mehriban olun ki, sizdən sonra sizin də uşaqlarınızla mehriban olsunlar. Günahlardan əl çəkib Allaha tərəf qayıdın. Namaz vaxtlarında əllərinizi duaya qaldırın, çünki na­maz vaxtları ən yaxşı vaxtlardır. Allah-taala bu vaxtlarda öz bən­dələrinə rəhmət gözü ilə baxır. Onunla münacat edənlərə ca­vab verir, onu çağıranlara ləbbeyk deyir. Onu istəyənlərin istə­yi­ni yerinə yetirir. Ey insanlar həqiqətən sizin canınız əməl­lə­ri­nizə bağlıdır. Belədirsə, onda Allah tərəfindən bağışlanmaqla özü­nüzü azad edin. Sizin çiyninizin yükü günahlarınızla ağır­laş­mış­dır. Onu, uzun səcdələrlə yüngülləşdirin.Bilin ki, Allah-taala bu ayda namaz qılan və səcdə edən­lə­rə əzab etməyəcəyinə and içmişdir və onları Qiyamət günü cə­hən­nəm odu ilə qorxutmayacağını bildirmişdir. Ey camaat, əgər bu ayda bir mömin şəxsə iftar versəniz, onun üçün qul azadetmə savabı yazılar və onun keçmiş günahları bağışlanar”.Səhabədən biri soruşdu: “Ey Allahın Rəsulu, bizim hamı­mı­zın buna imkanı çatmır”. Həzrət  buyurdu: “Xurmanın yarısı və ya bir içim­lik su qədər də olsa, ona iftar verin və cəhənnəm odundan qurtu­lun. Allah-təala bundan da imkansızlara, bu savabı verər. Ey in­san­lar, bu ayda öz əxlaqını gözəlləşdirən başqalarının ayaqları­nın büdrədiyi bir vaxtda, Sirat körpüsündən asan keçəcək. Hər kəs bu ayda öz xidmətçisinin işini yüngülləşdirsə, Allah onun he­sabını Qiyamət günü asanlaşdırar. Hər kəs bu ayda insanlara pis­liyi tərk etsə, Allah-taala öz qəzəbinin Qiyamət günü ondan sax­layar. Hər kəs bu gündə atasız bir yetimi əzizləyərsə, Allah onu Qiyamət günü əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrə­bası ilə əlaqə saxlasa, Allah onu Qiyamətdə öz rəhmətinə daxil edər. Hər kəs bu ayda öz qohum-əqrəbası ilə əlaqəsini pozsa və yax­şılığını onlardan əsirgəsə, Allah Qiyamət günü öz əlaqəsini on­dan kəsər. Bu ayda müstəhəb namazlar qılan şəxsi, Allah cəhənnəm odundan azad edər. Bu ayda bir vacib namaz qılan şəxs, başqa aylarda qıldığının yetmiş bərabərini alar. Hər kəs bu ay­da mənə çox salavat göndərsə, onun əməl tərəzisi bütün tərə­zi­lərin ağırlaşdığı bir gündə, yüngülləşər. Bu ayda bir ayə Quran oxu­yan şəxs, başqa aylarda bütöv Quranı oxuyan şəxs kimidir. Ey insanlar, həqiqətən bu ayda Cənnətin qapıları açıqdır, Allah­dan onu sizin üzünüzə bağlamamasını istəyin. Cəhənnəmin isə qa­pı­ları bağlıdır. Allahdan istəyin ki, onu sizin üzünüzə açmasın.Bu ayda şeytanlar zəncirlənmişlər. Allahdan istəyin ki, on­ları sizə hakim etməsin.

Əmirəl-möminin Əli (ə) soruşdu: “Ya Rəsuləllah, bu ayın ən gözəl əməli nədir?” Peyğəmbər(s.a.a) buyurdu: “Ey Əbəl-Həsən, bu ayın ən yaxşı və fəzilətli əməli Allahın günah və haram buyur­du­ğu işlərdən çəkinməkdir.”

“Vəsailuş-şiə”, Hürr Amuli, cild 7, səh. 227