Bu günün gecə və gündüzü çox şərafətli və əzəmətlidir. Həzrət İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, İmam Baqirdən (ə) Nimeyi-Şəbanın fəzilətləri barədə soruşdular, İmam buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlini əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecədə Allaha yaxınlaşmaq üçün səy və təlaş edin. Məhz bu o gecədir ki, Allah öz müqəddəs zatına and içib ki, heç bir istəyəni öz dərgahından əliboş qaytarmayacaq.
O cümlədən bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı İmam Zaman bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini bəxş edib. Bu gecə ki, dualar qəbul olar, ən birinci duamız İmam Zamanın (əf) salamatçılığı və zühurunun tezləşməsi üçün olsun.
Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:
1. Qüsl
2. Əhya saxlamaq (istiğfar, dua və s.)
3. Ziyarət İmam Hüseyn (ə) (Ziyarətlər müxtəlıf ola bilər. Ən azından üstü açıq bir yerə çıxaraq (dam, eyvan), saga, sola və daha sonra asimana nəzər salaraq, o Həzrəti belə ziyarət etsin: "Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu").
«Əstəğfirullahə və əsəluhut-təubə»
5. Kumeyl duası
6. Bu zikrləri ardıcıl olaraq demək: "Subhanəllah", "Əlhəmdulillah", "Allahu Əkbər", "La İlahə İlləllah" (hərəsi 100 dəfə)
7. İki rəkət namaz (1-ci rəkətdə "Həmd"+ "Kafirun", 2-ci rükətdə "Həmd" + "İxlas"). Namazdan sonra deyilir: "Subhənallah" 33 dəfə, "Əlhəmdulillah" 33 dəfə, "Allahu Əkbər" 34 dəfə.
8. Səcdədə bu duanı oxumaq: "Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi hazihi yədayə vəma gənəytuhu əla nəfsi, ya əzimu turcali kuli əzim, iğfirliyəl əzim vəinnəhu la yəxfiruz-zəmbəl əzimə illər-rəbbul əzim". Səcdədən qalxaraq yenidən səcdəyə getmək və demək: "Əuzu binnuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun vəl kəşəfət ləhuz zulumat və sələhə əleyhi əmrul əvvəlin vəl axirin min fucəti nəqimətik və min təhvili afiyətik və min zəvali nemətik. Allahummərzuqni qəlbən təqiyyən nəqiyya və minəşşirki vəla kafirən və la şəqiyyən". Sonra sağ üzünü, sonra sol üzünü möhürə qoyub deyirsən: "Əffərtu vəchi fitturab və nuqqəli ən əscudulək".
9. Cəfər-Təyyar namazını qılmaq
10. Yüz rəkətli namaz (hər rəkətdə "Həmd" + 10 "İxlas")
11. Bu gecədə 3 dəfə Yasin surəsi oxumaq, sağlamlıq, uzun ömür və ruzi üçün.
12. Ali-Yasin ziyarətnaməsi oxumaq